Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Paşinyan Azərbaycandan Ermənistana neft məhsullarının göndərilməsini alqışladı

Tarix: 18-12-2025 15:09     Baxış: 343 A- / A+

Azərbaycanda istehsal olunan neft məhsullarının ilk partiyası Ermənistana yola salınıb.
Manevr.az-ın xarici mediaya istinadən yaydığı xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında məlumat verib.
Paşinyan bildirib ki, Azərbaycan mənşəli neft məhsulları ilə yüklənmiş ilk dəmir yolu qatarı artıq Ermənistan istiqamətində hərəkətə başlayıb. O, bu addımı müsbət hal kimi dəyərləndirib.
Baş nazirin sözlərinə əsasən, ticarət əməliyyatı özəl şirkətlər arasında həyata keçirilsə də, bu proses üçün lazımi siyasi mühit Ermənistanla Azərbaycan arasında sülhün təmin olunması nəticəsində formalaşıb. O əlavə edib ki, siyasi səviyyədə də müəyyən razılaşmalar mövcuddur və ilk kommersiya razılaşması artıq icra mərhələsinə keçib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 21-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Ermənistan istiqamətində yük daşımaları ilə bağlı mövcud olan bütün məhdudiyyətlərin aradan qaldırıldığını xüsusi olaraq qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, işğal dövründən sonra tətbiq edilən tranzit məhdudiyyətlərinin ləğvi nəticəsində ilk yük daşınması Qazaxıstandan Ermənistana göndərilən taxıl olub və bu fakt Azərbaycanla Ermənistan arasında sülhün real və praktik xarakter daşıdığını nümayiş etdirir.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar