Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Zəfər Gününün 5 illiyi münasibətilə — “Zəfər turu” layihəsi

Tarix: 11-12-2025 21:37     Baxış: 3304 A- / A+
 "Mən Orada İdim"-Döýüş yolunun səsi yenidən danışdı.
Zəfər gününün 5 illiyi ilə əlaqədar keçirilən “Zəfər turu” layihəsi çərçivəsində “Mən orada idim” adlı kitab yazılıb. Layihənin və kitabın müəllifi — Vətən müharibəsi qazisi, Azər Namazov adına 180 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əli Abbasovdur. Kitabda 44 günlük Vətən müharibəsində, Vətən müharibəsi qəhrəmanı şəhid kapitan Noçuyev Surxayın komandiri olduğu 3-cü taborun timsalında igid döyüşçülərimizin şücaətindən və onların döyüş yolundan bəhs olunur. Kitabın motivləri əsasında hazırlanmış 44 dəqiqəlik tamaşa A. Namazov adına 180 nömrəli tam orta məktəbin Bədii qiraət və musiqi dərnəyinin şagirdləri tərəfindən səhnələşdirilib. “Zəfər turu” çərçivəsində tamaşa Qızıldaş Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə aşağıdakı ünvanlarda nümayiş etdirilib: 18 oktyabr – Şəhid Veysov Kərəmin doğulduğu Xaçmaz rayonunda, Xaçmaz rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzində 1 noyabr – Şəhid Məmmədzadə Elvinin doğulduğu Samux rayonunda, Samux Mədəniyyət Mərkəzində 5 noyabr – Qızıldaş qəsəbə Mədəniyyət Mərkəzində 16 noyabr – Şuşada, Cıdır düzündə 6 dekabr – Sabunçu rayonu, Bakı Gənclər Mərkəzində Sabunçu rayonu Bakı Gənclər Mərkəzində Tərəqqi Akademiyasının direktoru Fazilə Camalovanın təşəbbüsü ilə "Zəfər Turu"-"Mən Orada İdim"adlı kitabın təqdimat mərasimi keçirildi. Yeni kitabın təqdimatı şəhidlərin və qazilərin qəhrəmanlıq salnaməsi bir daha yada salındı.Kitabın ökənin ədəbi və ictimai mühitində xüsusi maraqla qarşılanacağına əminliyini vurğuladı çıxışçılar.

Çox sevindirici haldır ki, 44 günlük müharibə barədə romanlar yazılır, filmlər çəkilir, tamaşalar səhnələşdirilir. 6 dekabr tarixində  Bakı Gənclər Mərkəzində Qaradağ rayon  Qızıldaş qəsəbəsi Mədəniyyət Mərkəzi və "Tərəqqi Academy FN"-nin birgə təşkilatçılıqı ilə" Mən orada idim" adlı tamaşa nümayiş etdirildi. " Mən orada idim" əsərində 44 günlük müharibədə iştirak edən müəllif-müəllim Əli Abbasovun keçirdiyi hisslər, müharibədə baş verən hadisələr yer almışdır.Əli müəllim 44 dəqiqəlik tamaşada şəhid olmuş oğullarımızın son  44 saniyəsinə kimi hansı hisslərlə şəhidlik məqamına  ucaldıqlarını qeyd etmiş və bizlərə o hissləri bu kitab və səhnə vasitəsi ilə yaşatdı. Tamaşada Əli Abassovun öz şagirdləri rol almışlar. Tədbirdə Şəhid anaları, qazilər, bir çox tanınan ziyalılar, millət vəkli Vüqar İsgəndərov, Xalq şairi Sabir Rüstəmxanlı, Vətən müharibəsi Qəhrəmanı kapitan Surxay Noçuyevin atası Əbdül bəy, Vətən müharibəsi qazisi Fədai Abdullayev, " Təhsil tədris mərkəzi"nin təsisçisi və direktoru Rəvanə Hüseynova, Respublika Qadınlar Cəmiyyətinin həssas təbəqələrlə iş departamentinin müdiri Vəfa Rzayeva, psixoloq, 71 nömərli məktəbin direktor səlahiyyətlərini icra edən Səidə Əhmədova, "Telan tədris" mərkəzinin direktoru Gülnarə Cəbiyeva,  İqtisadiyyat üzrə fəlsəfə doktoru Əbdül Musazədə, həvəskar şair, qiraətçi, Vətən Müharibəsi Veteranı və hərbi mütəxəssis Qənbər Cəbrayıl, psixoloq Fazil Cəfərov və məktəb direktorları,şagirdlər,iş adamları və tələbələr iştirak etdilər.Hərbi Orkestrin solisti,  bir çox hərbi marşların və Vətənpərvər mahnıların müəllifi,  vokalçı- bəstəkar Anar İlhamlı öz ifası ilə iştirakçılara duyğulu anlar yaşatdı Tədbirin aparıcısı Ülviyyə Əbülfəzqızı olmuşdur.Sonda isə Tədbirin təşkilatçısı "Tərəqqi Academy FN"rəhbəri  psixoloq Fazilə Camalova çıxış edərək həm tamaşa haqqda fikirlərini bölüşdü ,həmdə dəvətlilərinə dərin təşəkkürlərini bildirdi. Bu sayaq tədbirlər onu ehtiva edir ki, müharibə iştirakçıları – qəhrəmanlarımız ölməzdirlər. Bu xalq, bu dövlət onları əsla unutmayacaq.

Tədbirin yüksək səviyyədə təşkil olunması,məktəbli şagirdlərin səhnəciklərini professional şəkildə təqdim etməsi qonaqları həm heyrətləndirdi həm də duyğulandırdi. Əli müəllim kecdiyi döyüş yolunu, hərbçi yoldaşlarının zəfərə gedən yoldakı məşəqqətlərini,mübarizə əzmlərini,qalibiyyətin məğrurluğunu mürəkkəbin dili ilə elə gözəl təsvir etmişdir ki, kitabla azacıq  tanış olan hər kəs sanki içindən deyirdi;"Mən də Orada İdim"... Tədbir müddəti Əli müəllimin dilə gətirdiyi xatirələri,uşaqların  yaşayaraq canlandırdığı səhnələr tamaşaçıları da özüylə alıb aparırdı aydın səhərlərə hamilə o qaranlıq gecələrə Saçları dagların bəyaz qarı,əbası,yaylığı zülmət gecələrin qaranlığından qara şəhid anaları ön sıralarda əyləşib oğullarının döyüş yoluna yeni bir baxışla,məğrurluqla nəzər saldılar.

  İNSAN TALELƏRİNin VƏTƏNPƏRVƏRLİK PANORAMASI Əsərdə təkcə döyüş səhnələri deyil,eyni zamanda cəbhənin oda bürünmüş səngərlərində böyüyən dostluqlar, sədaqət,birlik ruhu, döyüşçülərin dogmalarına olan intizarı , itkilərin yaratdığı sarsıntılar da öz əksini tapıb. "Mən Orada İdim" kitabı döyüş xatirələrini sadəcə danışmaqla kifayətlənmir - o hissləri oxucuya yaşadır . Qəhrəmanların fədakarlığını ,mübarizəsini səhifələrə hopduran bu əsər artıq indidən müharibə yaddaşımızın mühüm bir parçası kimi qiymətləndirilir .

 Nigar Qaybalıyeva,
 AJB-nin üzvü


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar