Sizin Reklam Burada
Xəbər lenti
13-01-2026
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Ülviyyə Namiqqızının "Şəhidlər əzizlərinin xatirəsində" adlı kitabının təqdimatı keçirilib

Tarix: 11-12-2025 15:31     Baxış: 3143 A- / A+
Sumqayıtda "Kimyaçılar" Sarayında Azərbaycan Jurnalistlər Birliyinin üzvü Ülviyyə Namiqqızının "Şəhidlər əzizlərinin xatirəsində" adlı kitabının təqdimatı keçirilib. 
Öncə şəhidlrimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Manevr.az xəbər verir ki, tədbirin aparıcısı İbrahim Qaniyev yeni nəşr edilən kitab barədə qısa danışıb və sözü kitabın müəllifinə verib. 
Müəllif bu kitabı ürək ağrısı ilə qələmə aldığını, bir şəhid bacısı olaraq torpaqlarımız uğrunda canından keçən igidlərimizin əzizlərinin xatirəsini qələmə almağı özünə mənəvi borc bildiyini dilə gətirib.
Kitabın redaktoru şair, jurnalist Namiq Dəlidağlı tarix yaradan şəhidlərimiz barədə belə kitabların yazılmasının vacibliyini və əhəmiyyətini qeyd edib və bu barədə geniş danışıb.
Şəhid ailələrindən  Əsli Təhmızova, Aygün Məmmədova,  Şövqiyyə Müslümova,  Dilarə  Hümbətova,  Rüxsarə Hacıyeva, Faiq Əlıkbərov,  Rəsul Ömərov, Şücaət Quliyev danışaraq həm xatirələrini, həm də şəhidlərimizin igidlikləri barədə kitab hazırladığına görə Ülviyyə Namiqqızına minnətdarlıqlarını bildiriblər.
Sonda müəllif imzaladığı kitabı şəhid ailələrinə hədiyyə edib.
Qeyd edək ki, kitabda Birinci, İkinci Qarabağ müharibəsinin və Atəşkəs dövrünün şəhidlərindən söz açılır.

Sevda Sabirli
Manevr.az







Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar