Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Əbülfəs Qarayevin Rusiya ilə əlaqələri haqda şok faktlar

Tarix: 08-12-2025 09:30     Baxış: 350 A- / A+


Sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin Rusiyada və digər ölkələrdə geniş biznes şəbəkəsi üzə çıxıb. Bununla bağlı araşdırmaçı jurnalist Cavanşir Həsənlinin paylaşdığı məlumat yeni müzakirələrə səbəb olub. Belə ki, Cavanşir Həsənlinin araşdırmasına görə, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı otellə məhdudlaşmır. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər, geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada LEON BABY və MYASNAYA QARANT kimi ticarət markaları var. Məhz bu kontekstdə Əbülfəs Qarayevin Rusiyada formalaşdırdığı biznes şəbəkəsinin mahiyyəti daha da diqqət çəkir və müəyyən suallar ortaya qoyur.
Sabiq nazirlər və digər vəzifəli şəxslərin öz bizneslərini xaricə köçürmələri nə ilə bağlıdır? Əbülfəs Qarayevin Rusiyada biznes şəbəkəsinin olması hansı anlama gəlir? Rusiya ilə belə dərin münasibətlər ölkəmiz və dövlətimiz üçün nə dərəcədə təhlükəlidir?  
Manevr.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Globalinfo.az-a açıqlamasında bəzi məmurların ölkə xaricində əmlak və ya bizneslərinin olması barədə vaxtaşırı olaraq iddialar səsləndirildiyini bildirib.
“Ümumiyyətlə, Azərbaycanda həm keçmiş, həm də hazırkı məmurların Rusiyada, Türkiyədə, Avropada, Birləşmiş Ərəb Əmirliklərində əmlak və bizneslərinin olduğu ictimaiyyətə məlumdur. Lakin bu, həmin ölkələrlə xüsusi münasibətlərə malik olduqları anlamına gəlmir. Adətən onlar əmlaklarını müxtəlif ölkələrə bölüşdürərək riskləri azaltmağa çalışırlar. Azərbaycanda mülkiyyət hüququnun müdafiəsi zəif olduğuna görə məmurlar da, adi vətəndaşlar da əmlaklarını ölkədə saxlamaqdan çəkinir. Burada hətta sıravi vətəndaşın mülkiyyətinin əlindən alındığı hallar müşahidə olunduğu üçün məmurlar üçün risk daha böyük hesab olunur”, - o deyib.
Hüquqşünas qeyd edib ki, bu məsələdə keçmiş və indiki məmurlar arasında müəyyən fərqlər var:
“Əvvəlkilər gələcəklərini qismən də olsa Azərbaycanda görürdülər. Hazırkı məmurlar isə çox vaxt vəzifədən ayrıldıqdan sonra ölkəni tərk etmək niyyətində olur və buna uyğun olaraq əmlaklarını xaricə çıxarırlar. Bu isə hər hansı ölkə ilə xüsusi əlaqə deyil, sadəcə özlərini hüquqi risklərdən sığortalama cəhdidir.
Bu vəziyyət yalnız Əbülfəs Qarayevə aid deyil. Təxminən bütün məmurların müxtəlif ölkələrdə əmlak və biznesləri mövcuddur. Təkcə Rusiyada deyil, bir neçə ölkədə aktivlərinin olması ehtimal edilir. Qeyd etmək lazımdır ki, o, uzun müddətdir vəzifədən gedib və onun dövründə hazırkı məmurlar kimi böyük maliyyə imkanları olmayıb”.
Ə.Həsənov qeyd edib ki, bunların əsas səbəbi korrupsiya və müvafiq nəzarət mexanizmlərinin işləməməsidir:
“Məmurların gəlir bəyannaməsi haqqında qanun 20 il əvvəl qəbul edilsə də, hələ də icra olunmur. Daşınmaz əmlak və hüquqi şəxslər reyestrləri qapalıdır, dövlət satınalmalarında şəffaflıq yoxdur. Belə şəraitdə korrupsiyanın qarşısını almaq çətinləşir və məmurlar əldə etdikləri vəsaitləri ölkədən çıxarmağa üstünlük verirlər. Bu səbəbdən məmurların əmlaklarının yalnız Rusiyada olması faktını həmin ölkə ilə xüsusi münasibət kimi qiymətləndirmək düzgün deyil. Onlar adətən müxtəlif ölkələrdə aktiv saxlayaraq özlərinə təhlükəsizlik təmin etməyə çalışırlar”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar