Sizin Reklam Burada
Xəbər lenti
22-12-2025
21-12-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda saatlıq minumum əməkhaqqı təxirə salındı 

Tarix: 06-12-2025 15:22     Baxış: 358 A- / A+
Azərbaycanda saatlıq minumum əməkhaqqı TƏXİRƏ SALINDI
Regional məsələlər komitəsinin son iclasında Əmək Məcəlləsinə təklif olunan bir sıra mühüm dəyişikliklər edilib. Uşağın doğulması ilə əlaqədar atalara 14 günlük ödənişli məzuniyyətin verilməsi, distant işin hüquqi rəsmiləşdirilməsi və tələbələrin istehsalat təcrübəsi dövründə əmək müqaviləsi ilə təmin olunması kimi yeniliklər qanun layihəsində yer alıb.
Bununla yanaşı, bir müddətdir gündəmdə olan saatlıq minimum əməkhaqqına keçid məsələsi isə layihəyə daxil edilməyib.
Qeyd edək ki, Azərbaycanda minimum əməkdaqqı aylıq nəzərdə tutulub və hazırda bu məbləğ 400 manatdır. Bir müddət əvvəl rəsmi qurumlar saatlıq minimum əməkdaqqı ilə bağlı təkliflər hazırlandığını bildirsə də, hazırda Əmək Məcəlləsinə edilən dəyişiklikdə bu məsələ nəzərdə tutulmayıb və saatlıq minimum əməkhaqqı barədə planlar təxirə salınıb.
Manevr.az-ın xəbərinə görə, modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, saatlıq minumum əməkhaqqının tətbiqi hazırda hökumətdə müzakirə olunan məsələlərdən biridir. Onun sözlərinə görə, lakin bunun üçün mexanizmin hazırlanmasına və detallı qaydaların dəqiqləşdirilməsinə ehtiyac var.
“Saatlıq əməkhaqqı sisteminin bir sıra üstünlükləri mövcuddur. Bu model vətəndaşların “overtime”, yəni əsas iş saatlarından artıq işlədikləri müddətə görə əlavə ödəniş almalarını təmin edir. Eyni zamanda, bir neçə yerdə işləmək imkanlarını genişləndirir ki, bu da mühüm amillərdəndir”.
Deputat vurğulayıb ki, bununla yanaşı, əmək müqavilələrinin bağlanması, onların növləri, tətbiq mexanizmi, əməkhaqlarının ödənilməsi sistemi kimi məsələlər də aydın şəkildə müəyyənləşdirilməlidir:
“Ümumiyyətlə, əmək bazarında, xüsusilə də əməkhaqqı siyasəti ilə bağlı islahatlar əsaslandırma, hüquqi çərçivə və mexanizmlərin tam hazır olmasını tələb edir. Bu proseslər tamamlandıqdan sonra müvafiq islahatların icrası mümkün olacaq”.
V.Bayramov əlavə edib ki, saatlıq əməkhaqqı ilə bağlı müzakirələr davam edir və gözləntilər ondan ibarətdir ki, Azərbaycan da bir çox ölkələrdə olduğu kimi bu sistemə keçid reallaşdırılsın. Deputatın fikrincə, bunun tətbiqi yalnız mexanizmin tam hazır olması ilə mümkün olacaq.
Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar