Sizin Reklam Burada
Xəbər lenti
26-11-2026
25-11-2026
BÜTÜN XƏBƏRLƏR

Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”

Tarix: 26-11-2026 22:15     Baxış: 336 A- / A+
Tələbələr Məleykə Abbaszadədən yardım istədi: “Buna güclə dözürük”
Bakı Dövlət Universitetinin (BDU) C korpusunda təhsil alan tələbələr tədris prosesinə mane olan səs-küy problemi ilə bağlı universitetin rektoru Məleykə Abbaszadəyə müraciət ediblər.

Bu barədə “Azərbaycan Tələbələri” sosial şəbəkə səhifəsində paylaşım edilib.

Tələbələr müraciətlərində bildiriblər ki, BDU-nun C korpusunda magistral yolun səsi, eləcə də yaxınlıqdakı qəsabxana və avtomobil yuma məntəqəsindən gələn səslər dərs prosesinə mane olur. Onların sözlərinə görə, bu vəziyyət tələbələrin dərs zamanı diqqətini yayındırır və tədrisin keyfiyyətinə mənfi təsir göstərir."Biz ixtisas seçimi edərkən o akademik mühiti bildik və bu səbəbdən həmin ixtisası seçmişdik. Lakin hal-hazırda təhsil aldığımız BDU C korpusundakı vəziyyət qətiyyən ürəkaçan deyil. Çünki bir tərəfdən magistral yolun səsi, bir tərəfdən qəsabxana və maşın yuma yeri diqqətimizi pozur və dərsimizin keyfiyyəti düşür.
3-4 aydır güclə dözürük buna, amma inşallah, Məleykə xanım bizim səsimizi duyar və problemimizə çarə tapar", - deyə mürciətdə bildirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar