Xəbər lenti
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirilib

Quba rayonunda yerləşən bir sıra məktəbəqədər və ümumi təhsil müəssisələrinin adları dəyişdirilib.
Manevr.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarında qeyd olunub.
Qərara əsasən, nazirliyin tabeliyindəki məktəbəqədər və ümumi təhsil müəssisələrinin siyahısında dəyişiklik edilib.
Quba rayonunun məktəbəqədər təhsil müəssisələri üzrə Timiryazev adı Bəhrəli, Alekseyevka adı isə Çinarlı ilə əvəzlənib.
Ümumi təhsil müəssisələri üzrə isə Vladimirovka adı Elbir, Alekseyevka adı Çinarlı ilə dəyişdirilib.
Dəyişikliklər “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” 2026-cı il 12 may tarixli qanunun icrası ilə əlaqədar həyata keçirilib.
Qərarın üç gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































