Xəbər lenti
Qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqləndi

Bu barədə DİM-dən məlumat verilib.
Azərbaycan dili, ingilis dili və rus dili fənləri üzrə seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc ediləcək.
Seminarlarda ali təhsil müəssisələrinə informatika fənnindən I (Rİ altqrupu) ixtisas qrupu, tarix fənnindən II və III ixtisas qrupları, biologiya fənnindən isə IV ixtisas qrupu üçün qəbul imtahanı proqramlarının müzakirəsi yekunlaşıb və seminar iştirakçılarının ümumi qərarı ilə təsdiq edilib. Proqramlar “Abituriyent” jurnalının 1-ci sayında dərc ediləcək.
Kimya və fizika fənni üzrə seminarlarda I və IV ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramları müzakirə edilib. Kimya fənnindən “Qeyri-üzvi kimya”, fizika fənnindən “Molekulyar fizika” və “Elektrodinamika” bölmələrinə aid mövzular müzakirə edilib.
Coğrafiya fənni üzrə seminarda isə II və III (TC altqrupu) ixtisas qrupları üçün ali təhsil müəssisələrinə qəbul imtahanı proqramının “Hidrosfer”, “Quru suları”, “Biosfer”, “Dünyanın siyasi xəritəsi”, “Əhali” bölmələrinə aid mövzuların müzakirəsi aparılıb.
Riyaziyyat fənnindən seminarda tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramının “Həqiqi ədədlər”, “Kompleks ədədlər”, “Nisbət, Tənasüb, Faiz”, “Rasional ifadələr” bölmələrinə baxılıb və müzakirələr aparılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























