Sizin Reklam Burada
Xəbər lenti
11-10-2026
10-10-2026
BÜTÜN XƏBƏRLƏR

Məktəblərdə geyim formaları ilə bağlı YENİ AÇIQLAMA

Tarix: 11-10-2026 14:32     Baxış: 332 A- / A+
Məktəblərdə geyim formaları ilə bağlı YENİ AÇIQLAMA
“Məktəbli forması qaydalarına əməl olunması vacibdir, bu qaydaların tətbiqində valideynləri və məktəbləri qarşıdurmaya deyil, əməkdaşlığa çağırırıq. Çünki uşaqlar böyüklərin fikir ayrılıqlarının deyil, onların birgə qayğısının və məsuliyyətinin mərkəzində olmalıdırlar”.
Manevr.az xəbər verir ki, bu fikirləri “Azərbaycan müəllimi”nə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin icraçı direktoru və Azərbaycan Uşaq Qaynar Xətti xidmətinin rəhbəri Kəmalə Aşumova deyib.
“Məktəbli forması sosial fərqlərin qabardılmasının qarşısını alır”
Onun sözlərinə görə, məktəbli forması dünyanın bir çox ölkəsində tətbiq olunan və təhsil mühitinin təşkilinə xidmət edən ümumi qaydalardan biridir:
“Bu tələbin əsas məqsədi məktəbdə nizam-intizamın təmin edilməsi, şagirdlər arasında sosial fərqlərin qabardılmasının qarşısının alınması, bərabərlik və kollektivə aidlik hissinin gücləndirilməsidir. Azərbaycanda da məktəbli formasına dair tələblər müvafiq normativ sənədlərlə tənzimlənir və bütün şagirdlər üçün vahid yanaşmanın təmin edilməsinə yönəlib. Bu baxımdan məsələni yalnız hicab və ya hər hansı dini geyimlə əlaqələndirmək düzgün deyil. Söhbət ümumilikdə məktəb mühitində müəyyən edilmiş geyim və xarici görünüş qaydalarından gedir”.
“Geyimlə bağlı anlaşılmazlıqlar uşaqları təhsildən kənarda qoymamalıdır”
K.Aşumova qeyd edib ki, məktəb yalnız bilik verilən yer deyil, həm də uşaqların sosiallaşdığı, məsuliyyət, intizam, qarşılıqlı hörmət və birgəyaşayış mədəniyyətini öyrəndiyi mühüm sosial institutdur:
“Geyim qaydaları ilə bağlı yaranan anlaşılmazlıqlar uşağın təhsildən kənarda qalmasına, məktəbə getməkdən çəkinməsinə və ya psixoloji narahatlıq yaşamasına səbəb olmamalıdır. Valideynlərə izah edilməlidir ki, məktəbli forması uşaqların fərdiliyini məhdudlaşdırmaq üçün deyil, onların vahid, təhlükəsiz və nizamlı təhsil mühitində iştirakını təmin etmək üçün nəzərdə tutulur”.
İctimai Şura üzvünün fikrincə, məktəbli forması ilə bağlı məsələlərin dini və ideoloji qarşıdurma mövzusuna çevrilməsi, xüsusilə uşaqların bu mübahisələrin mərkəzinə gətirilməsi düzgün yanaşma deyil:
“Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə həm dini etiqad azadlığı, həm də təhsilin dünyəviliyi prinsipi qanunvericiliklə qorunur. Bu prinsiplər bir-birinə qarşı qoyulmamalıdır. Məktəblərdə vahid geyim qaydalarının müəyyən edilməsi təhsil mühitinin təşkilinə yönəlmiş məsələdir və onun mahiyyəti valideynlərə düzgün izah olunmalıdır. Eyni zamanda, unutmaq olmaz ki, hər bir uşağın ailəsi, dini və mədəni mühiti fərqli ola bilər. Bu fərqliliklər heç bir halda uşağın məktəbdə damğalanmasına, təcrid edilməsinə və ya yaşıdları tərəfindən bullinqə məruz qalmasına səbəb olmamalıdır”.
591017
“Uşaqlar böyüklərin mövqelərini müdafiə etmək üçün vasitəyə çevrilməməlidir”
K.Aşumova bildirib ki, böyüklər arasında yaranan fikir ayrılıqları bəzi hallarda uşaqların emosional vəziyyətinə, özünəinamına və məktəbə münasibətinə mənfi təsir göstərə bilir:
“Biz Azərbaycan Uşaq Qaynar Xətti xidməti və uşaqlarla birbaşa işləyən təşkilat olaraq bunu yaxşı bilirik. Ona görə də belə məsələlərdə xüsusilə həssas davranılmalıdır. Uşaqlar nə dini və ideoloji mübahisələrin iştirakçısına, nə də böyüklərin mövqelərini müdafiə etmək üçün vasitəyə çevrilməlidirlər. Hesab edirəm ki, məktəbli forması ətrafında süni qarşıdurma yaratmaq əvəzinə, cəmiyyətə üç əsas məqam izah edilməlidir: bu qaydalar bütün şagirdlərə aiddir, təhsilin dünyəvi xarakterinə əsaslanır və uşaqlar üçün bərabər, təhlükəsiz təhsil mühitinin yaradılmasına xidmət edir”.
“Valideynlər geyim qaydalarının mahiyyətini övladlarına düzgün izah etməlidirlər”
Onun sözlərinə görə, məktəb rəhbərliyi, müəllimlər və valideynlər arasında düzgün kommunikasiya qurulmalı, geyim qaydalarının məqsədi və hüquqi əsasları aydın izah edilməlidir. Kəmalə Aşumova onu da vurğulayıb ki, məktəb hər bir uşaq üçün təhlükəsiz, bərabər və ayrı-seçkilikdən uzaq mühit olmalıdır.
İctimai Şura üzvü məktəb və ailə arasında əməkdaşlığın vacibliyinə də diqqət çəkib:
“Məktəb və ailə uşağın inkişafında bir-birini tamamlayan iki mühüm tərəfdir. Uşağın keyfiyyətli təhsil alması, sağlam psixoloji mühitdə böyüməsi və cəmiyyətə inteqrasiyası məhz bu əməkdaşlıqdan çox asılıdır. Valideynlər məktəbdə müəyyən edilmiş qaydalara hörmətlə yanaşmalı, onların mahiyyətini övladlarına düzgün izah etməli və məktəblə əməkdaşlıq etməlidirlər. Eyni zamanda, məktəblər də valideynlərlə açıq ünsiyyət qurmalı, onların suallarını cavablandırmalı və mümkün anlaşılmazlıqları həssaslıqla həll etməlidirlər”.
Bu ailələrə məktəbli forması pulsuz ola bilər - valideynlərə müjdə -  Globalinfo.az
K.Aşumova valideynlərə məktəbli forması ilə bağlı fikir ayrılıqlarını uşaqların yanında münaqişəyə çevirməməyi tövsiyə edib:
“Belə hallar uşaqlarda məktəbə qarşı mənfi münasibət, narahatlıq, qorxu və emosional gərginlik yarada bilər. Heç bir uşaq valideynlə məktəb arasında yaranan anlaşılmazlığa görə təhsilindən geri qalmamalı, özünü günahkar və ya digər uşaqlardan fərqli hiss etməməlidir. Əgər hər hansı narazılıq yaranırsa, valideynlər ilk növbədə məktəb rəhbərliyi, müəllimlər və müvafiq təhsil qurumları ilə konstruktiv dialoqa üstünlük verməlidirlər. Uşağın fikri də onun yaşına və inkişaf səviyyəsinə uyğun şəkildə dinlənilməli, emosional vəziyyəti nəzərə alınmalıdır”.
K.Aşumova rəhbərlik etdiyi Azərbaycan Uşaq Qaynar Xətti xidmətinin əsas fəaliyyət istiqamətlərindən birinin də uşaqların hüquqlarının müdafiəsi, onların üzləşdiyi psixoloji və sosial çətinliklərin aradan qaldırılmasına dəstək göstərilməsi, ailə və uşaqların müvafiq xidmətlərə yönləndirilməsi olduğunu bildirib. O, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü kimi də bu məsələlərə xüsusi diqqət yetirdiyini qeyd edib.
“Uşağın təhsil hüququ bütün müzakirələrdən üstün tutulmalıdır”
İctimai Şura üzvü valideynləri və təhsil müəssisələrini uşaqların üstün mənafeyi naminə daha sıx əməkdaşlığa, qarşılıqlı anlaşmaya və məsuliyyətli yanaşmaya çağırıb:
“Bizim üçün əsas məsələ uşağın hansı geyimdə məktəbə gəlməsi ətrafında mübahisə yaratmaq deyil, onun hər gün məktəbə təhlükəsiz, rahat və inamla gəlməsi, keyfiyyətli təhsil alması və özünü məktəb cəmiyyətinin bərabərhüquqlu üzvü kimi hiss etməsidir. Unutmamalıyıq ki, uşağın təhsil hüququ, psixoloji rifahı və təhlükəsizliyi bütün müzakirələrdən üstün tutulmalıdır. Məktəbli forması qaydalarına riayət olunması ilə uşağın fundamental hüquqlarının qorunması bir-birinə zidd deyil. Əksinə, düzgün yanaşma və əməkdaşlıq şəraitində bu iki məqsəd birlikdə təmin edilə bilər”, - deyə K.Aşumova qeyd edib.





Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar