Xəbər lenti
Bəzi kolleclər ləğv olunacaq

Manevr.az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov azedu.az və modern.az-a geniş müsahibəsində deyib.
Komitə sədri “Ali təhsil haqqında” qanun layihəsindən danışarkən bu sahədə ediləcək yeniliklərə də toxunub:
“Kolleclərin profilinə uyğun ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır. Məsələn, niyə Tibb Universitetinin nəzdində tibb kolleci olmasın? Yaxud Pedaqoji Kollec Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibindədir. Eyni şəkildə Lənkəran Dövlət Universitetinin nəzdindəki Sosial və Aqrar-Texnoloji Kollec niyə Aqrar Universitetin tərkibində olmasın? Bu istiqamətdə müəyyən işlər gedir”.
A.İsgəndərov qeyd edib ki, ali təhsil sahəsində həyata keçirilən dəyişikliklər azərbaycanlı gənclərin xaricdə təhsil və fəaliyyət zamanı problemlərlə üzləşməməsi baxımından da əhəmiyyətlidir:
“Əsas istək odur ki, azərbaycanlı gənc başqa ölkəyə gedəndə Azərbaycanda aldığı təhsil ona kömək olsun, əlavə problemlər yaşamasın. Çünki bu gün azərbaycanlılar təkə Azərbaycanda fəaliyyət göstərmirlər. Minlərlə azərbaycanlı gənc dünyanın hər yerində var. Biz bu istiqaməti nəzərə alacağıq”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar




























