Xəbər lenti
Unutma, xoşbəxtlik heç vaxt qapını döyüb gəlməz - ŞEİR
Hafizə İxtiyarqızıGƏLMƏZ
Kiçik qardaşıma
Zaman şimşək tək çaxır,
Coşğun çay kimi axır.
Uyuma, ey qardaşım,
Ömrün ötüb uzaqlaşır!
Dünya durmaz yerində,
İrəli gedər hər an.
İnkişafın yolunda
Yarışdadır hər insan.
Kim atlıdır, kim piyada,
Daşlar səpilib yola.
Kimlər uçur göylədə
Kimlər möhtac var-pula...
Elm öyrən, sənət qazan,
Zəhmətdən qaçma bir an.
Hər sahədə öndə ol,
Axtaran tapar imkan.
Dolanma boş küçə-küçə,
Məqsədsiz keçirmə vaxtı.
Zaman sürətlə keçir,
Faydasız ötürmə vaxtı.
Qatlaş halal zəhmətə,
Nahaq işdən uzaq dur.
Hörmət qazan, ad-san qazan,
Pis vərdişdən uzaq dur.
Geri çəkilmə əsla,
Bu günlər ötüb keçər.
Hədəfinə inamla get,
Mərd olan zirvəyə çatar.
Bu həyat yolları tufan,
Çalış, səni azdırmasın.
Yaxşılarla bir yerdə ol,
Zirvələrdən gəlsin səsin.
Unutma, xoşbəxtlik heç vaxt
Qapını döyüb gəlməz.
Hər fürsətdən yararlan,
Sınaqdan qorxmağa dəyməz.
Hərdən tez, hərdən gec olur,
Üzünə gülər taleyin.
Xoşbəxtlik öz əlindədi,
Olmasın küsün, gileyin.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























