Sizin Reklam Burada
Xəbər lenti
07-09-2026
06-09-2026
BÜTÜN XƏBƏRLƏR

Yazıçı Pərvanə Bayramqızının yeni kitabı nəşr olundu - Foto

Tarix: 07-09-2026 19:46     Baxış: 356 A- / A+
Yazıçı, publisist Pərvanə Bayramqızının fərqli ədəbi nümunələrlə dolu yeddinci kitabı çap olunub.
“Səni özünə döndərənlər” adlandırılan kitabın korrektoru və dizayneri tərcüməçi Aygün Əzizdir. Dövrümüzün sözdən abidəsini yaradan müəllif cəmiyyətdə baş verən dəyişiklər haqqında, sosial problemlər, yaxşılıq-pislik mövzusunda yazdığı esselərdə şahidi olduğumuz prosesləri, mənəvi boşluqları, müxtəlif tip insanların  fərqli xüsusiyyətlərini özünəməxsus formada göstərib.
Mətnlər bugünün ab-havasını hiss etdirir, təzadlı yaşantıları söz vasitəsilə canlandırır. İnsanın iç dünyasına enən yazıçı onu bütün incəliklərinədək təhlil edir. Kitabda müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış ziyalılarla müsahibələr də yer alıb. 
Mövzular müxtəlif bölmələrə ayrılıb.
Süni intellekt vasitəsilə mətnlərin ümumi məzmununu əhatə edən rəsmlərin hazırlanması ideyası A.Əzizə məxsusdur. 
Xatırladaq ki, cəmiyyətə, ictimai-sosial həyata həssaslıqla yanaşan müəllifin indiyədək saysız-hesabsız publisist mətnlərdən, ana dili məsələsi ilə bağlı tanınmış ziyalılardan aldığı müsahibələrdən və gündəmlə səsləşən esselərdən, resenziyalardan ibarət altı kitabı çap olunub.
Uşaq yaşlarından yazıb-yaradan yazıçının imzası mətbuat səhifələrində ilk dəfə 2003-cü ildə “Mən də övladıyam Azərbaycanın” şeiri ilə tanınıb. İlk kitabı isə 2008-ci ildə nəşr olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar