Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Cavid Fərzəlinin "Kağız vətən"i

Tarix: 27-07-2026 10:19     Baxış: 4324 A- / A+
                         Cavid Fərzəli
***
Bir kağız vətənə qarışdım,
Üsyan möhürü damğalayır barmaqlarımı.
Əskinaslar ciblərimin boğazını kəsir!
Səngəri vətən borcuyla doldurur ayaqlarımız.
Küçələr xəyanət doğur şərlənmiş hökm kağızında.

Kağız məzarlığısan,
Taleyin dizini bükür ölüm şöhrətin.
Bir gün tacir olarsan, brilyant sərhədləri satarsan,
Göy üzünə sahiblənmək üçün sevərsən vətən boyunu.

Neyləyim ki,
Yetimlər evinə atılan uşaqlar ana demir sənə?
Bir tikə çörəyi tiryək kimi yedizdirərsən atılmış dalanlara, acgöz küçələrə.
Kor pəncərələr ağladıqca
Göz yaşımı zibilliyə atıram!

Elə bilmə, səndən ötrü həsrət quruyub fəryad çiçəkləri.
Kölə heykəllərə boyun əyir yaralı kölgələr,
Əllərini lal dəyənəyə boyayır bu şəhər.

Ürəyi daşlaşıb iki gözüm arasında vətən hərflərin.
Səndən ötrü kül aynalara nəğmə oxumaq, dilsiz yağışların dilini kəsir.

Təmtəraqlı payızın köynəyində,
Yarpaq ləkəsisən.
Gecələrin qollarında,
Qaranlığa böhtan yaxır ay işığı.
Bir səhər küçələr yalandanmı ana deyirmiş sənə?

Azadlığı əlindən alınmış sularda,
Oyuncaq gəmilər küçə uşaqlarının arzularını boğur.

Ayaqqabılarından doğma ola bilmədim qapına...
Kağızdakı vətənə yad baxıram,
Çatacağam bir körpə səsinə,
Gözlərimdə ümid nüvəsi yaşayır!

Yaddaşı göyərən divarlar, narıncı küləklər
Hələ də səni ipək əsarətindən xilas etməyə can atır.


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar