Xəbər lenti
Cavid Fərzəlinin "Əqrəb çiçəkləri" - (şeir)
Əqrəb çiçəkləriAğacların ürəyində əqrəb çiçəkləri kin qusur, bənövşəyi payızın üstünə,
Pas ətirli rəsmlərdə bulud-bulud pöhrələnir əllərin.
Bu səhər gözlərin dünəndən qalan günəşə boylanır,
Havanın yumaq çöhrəsini bürüyür naftalin qoxusu.
Küçələr kəpənək baharında xəyanət çiçəkləri gizləyir!
Şam işığı kimi içinə çəkildikcə, pəncərələrin qollarını qatil küləklər doğrayır.
Küçələrin bağrında zəhər təki çiçəkləyirsən,
Köksündə göy üzünü lənətləyir göydələnlər!
Bir barama azadlığı toxudular ipək boynuna,
Asdılar səni kağız dilindən.
Çəhrayı yağışların qanıyla bəzəyirsən çətirini,
İşığın qorxusundan tir-tir titrəyir kölgələr,
Elektrik lampasının dizlərini qucaqlayır dilsiz divarlar.
Bilirsənmi, səndən bir qızcığazın məsum yuxusuna qalan çiçəklər
İndi əqrəb zəhəridir.
Gözlərində solur inqilablar,
Qara tikan kimisən, çöllər yuva salır ürəyindən.
Bax gör, necə çürüyürsən suların yaddaşında!
Şəkillərində ağaclar səni çirkli doğub...
Dumanlı gecələrdə səsini yetim qoyan bir yapalaq oxuyur
Yarımçıq intihar nəğməsini.
Sənsə hər səhər yenidən doğulursan,
Kölə divarlarına mismarlanır gümüşü qorxuların,
Ürəyi qırılmış güzgülər yığır günahlarını bir-bir.
Və sən yenə eyni tabloya dönürsən,
Köhnə şəkillərin göz yaşına sığınırsan.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























