Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

Mənsurə Xələfbəylinin "Eh, dünya"sı - (hekayə)

Tarix: 09-07-2026 09:53     Baxış: 3185 A- / A+
Mənsurə Xələfbəyli
yazıçı



Eh, dünya
(hekayə)

Ətrafımda tikilən yekə evlərin arasında itib-batan kiçik daxmamın bir ovuc kölgəsinə sığındım. Gözüm qoca çınarın altında yatan itimə sataşdı. Qalxıb ona yaxınlaşdım. Bir-iki dəfə səsləyəndən sonra gözlərini açıb yazıq-yazıq üzümə baxdı, sonra başını yana çevirib yenidən gözlərini yumdu. Nədənsə itin saymazyana hərəkəti əsəblərimə toxundu. Üstünə acıqlandım, ağzımdan özümə yaraşdırmadığım sözlər çıxdı:
- Burnundan gəlsin sənə yedirtdiklərim!
İt mənə necə baxdısa, lap karıxdım. Neçə gün idi ki, yazıq heyvana düz-əməlli yemək vermirdim. Əvvəllər işim var idi; mən də, itim də yaxşı yeyirdik. İşsiz qalandan bəri  öz qarnımı güclə doyuzdururdum. Xəcalət təri təpəmdən girib dırnağımın ucundan süzüldü. Boynumu büküb ona tərəf baxdım. İtimə it həyatı yaşatdığım üçün utandım.
Yekə evlərin yekə itləri yekə-yekə hürəndə ürəyim sıxılırdı. Onlar kabab yeyir, dənizə çimməyə gedir, sahibləri ilə bir yataqda yatır, bəziləri xarici ölkələri belə gəzirdi. 
Mənim itimin isə daldalanmağa düz-əməlli damı  da yox idi. Yağış yağanda islanan, qışda qarın üstündə yatan, yayda  istidən qovrulan itimə uzun- uzadı tamaşa etdim. Sonra dönüb yırtıq-sökük daxmama baxıb kövrəldim.
Eh, dünya, dünya... İtimə it həyatı yaşadırsan, elə mənə də...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar