Sizin Reklam Burada
Xəbər lenti
25-08-2026
24-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Sərhədlərin bir ovuc darıxmaqdırsa, qatar yoluna tələsmə gündüzlər...” — Eldar İsmayıloğlu

Tarix: 02-07-2026 13:12     Baxış: 3157 A- / A+

Eldar İsmayıloğlu

***
Ömür elə gödəlib ki, 
adam yalanlarına boy atır...
Sən demə
sabahlar da Tanrının xəyanəti imiş, dostum.
...Nə ölümlər susdu
nə gülüşlər sonacan danışdı.
Ayaqlarında can verən 
ağaclardan eşitdim..
bir qadın taleyi imiş
qatar yollarının azadlığı...

Darıxma, 
güzgülər hələ yaddı öz kölgəsinə...
Bir azdan 
yağışlar da üz çevirib gedəcək
unutduqlarına sarı,
bir azdan
sən də qoşularsan
payızdan sağ çıxmış pəncərələrə.

Yığ ovcuna 
şəkillərindəki ayaq izlərini,
sabah Tanrının dəfn günüdü,
bir az gec oyanacaq.
Ayaqlarında can verən ağaclardan eşitdim...


***
Laldı ayaqlarım daha üzməyə,
...qadında,
Tanrıda,
bir də ki, 
şəkillərin dəfn gecəsində.
Axı, payızçün bəslədiyim mahnılar 
qanadlarını bağışladı
xəyanətlərin kölgəsinə...

Daha sən də 
yağış şəklisən, İlahi,
asdım çətirim ölən yerdən...

Hər gün ovulan divarlar da 
üzünü gizlədirmiş 
quruyan ağaclardan...
Sərhədlərin bir ovuc darıxmaqdırsa,
qatar yoluna tələsmə gündüzlər...

... Laldı ayaqlarım daha üzməyə,
qadında,
Tanrıda,
bir də ki...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar