Sizin Reklam Burada
Xəbər lenti
08-06-2026
BÜTÜN XƏBƏRLƏR

"Çiyinlərindən boylanan günəş qumsalda kölgə dilənir" - Cavid Fərzəlinin Əlisəmid Kürə ŞEİRİ

Tarix: 09-06-2026 19:34     Baxış: 384 A- / A+
Əlisəmid Kür vəfat etdi

***

Əlisəmid Kürə


Kim baxacaq köhnə divar saatına?

Addımları topuqlayıbdı zamanın.

Əqrəbləri pəltəkdir divar saatının.

Kentavrı çapdıq şəhərdə,

Adını bükdük kor heykəllərə.

Ömrünün küncünə qısılan

Ovuc-ovuc qırmızı buludlar

Əllərinin qarğışıymış.

Billur külqabıda

Barmaqları intihar edir şəkillərinin.

Çiyinlərindən boylanan günəş qumsalda kölgə dilənir.

Ovucları yanmış küçələrdə

Dilənçi şəhər üzünə durur sənin.

Cibində gəzdirdiyin bıçaq

Payızın qanını tökür daha.

Yuxusunu unutduğun gecələr

Gözlərini bələyir hər sabaha!

Kitablar rəfdə kiriyər,

Sətirlər özünü asar gözlərimizdən;

Vərəqlərin ürəyində daşa dönən

Gözünün qəhəri dirilmədi.

Taleyin üzünə

Uşaq boylu yağışlar yağarmış.

Qocaların beli

Ölümün qulağına pıçıldamaq üçün əyilirmiş.

Üzün soyudu şüşə kimi.

Ölümün mürəkkəbi daşdı kağızdan.

Divarda yarıcan

Saatın kəfkiri buza döndü.


Cavid Fərzəli

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar