Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Sənə cənnət deyirlər, yalan deyil, gerçəkdir"-ŞEİRLƏR

Tarix: 06-05-2026 17:41     Baxış: 3217 A- / A+
                 İlduzə ƏLİYEVA

 
Ayrılan yollar

O yollar müqəddəs, o yollar əziz,
Birgə addımlayıb, birgə gedərdik.
Məktəb yollarıydı, ev yollarıydı,
Saflığa aparan dost yollarıydı.
Ayrılmayaydı yollar,
Qəlb qırmayaydı yollar,
Kaş ki, mənzil başına,
Birgə çatdıraydı yollar.
Yollar həmin yoldur, unudulmayıb,
Dönümü-döngəsi öz yerindədi.
Qoşa addımların izi qalmayıb,
İllərin rüzgarı silib, aparıb.
Ayrılmayaydı yollar,
Qəlb qırmayaydı yollar,
Kaş ki, mənzil başına,
Birgə çatdıraydı yollar

Dağlar

Dağların baş-başadır,
Dağ yox, bir tamaşadır.
Havasından udanı,
Vallah yüz il yaşadır.

Zirvən qartal oylağı,
Yamacın gül-çiçəkdir.
Sənə cənnət deyirlər,
Yalan deyil, gerçəkdir.

Cəlalından doymuram,
Mən özüm ayrılmıram.
Bircə arzum var, dağlar,
Kaş köksündə uyuyam.


Yoxdur dərdim

Dünya, səndə bir qonağam,
Nə yalana, nə böhtana,
Mən inanıb, uymamışam,
Bir saf ömür yaşamışam.
Arzularım çiçək- çiçək,
Ümid yerim ancaq ürək.
Nə edəcək mənə külək?
Mən qələmdən yapışmışam.
Sönməyəcək şamım mənim,
Gül açacaq söz gülşənim.
Azaddır indi vətənim,
Bu bəsimdir, yoxdur dərdim.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar