Sizin Reklam Burada
Xəbər lenti
02-06-2026
01-06-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı şairin Qazaxıstanda kitabı nəşr olunub

Tarix: 19-04-2026 21:22     Baxış: 4317 A- / A+

Tanınmış şair Rəsmiyyə Sabirin Qazaxıstanda “Şeir qadın” adlı kitabı işıq üzü görüb. Kitabın redaktoru tanınmış qazax şairi, Əməkdar mədəniyyət xadimi, ictimai xadim, alim və pedaqoq Dövlətgərəy Kapoğludur. Kitabı qazax dilinə Qazaxıstan Yazıçılar Birliyinin üzvü, “Ayböz” Milli Ədəbi Mükafatı laureatı, şair və tərcüməçi Asem Erejeqızı uyğunlaşdırıb. Kitab “Foliant” nəşriyyatında çap olunub.
Manevr.az xəbər verir ki, kitabda Rəsmiyyə Sabirin zəngin poetik dünyasını əks etdirən seçmə şeirlər yer alıb. Müəllif insan ruhunun dərin qatlarına enərək vətən sevgisi, şəhidlik və azadlıq uğrunda mübarizə kimi əbədi mövzuları yüksək bədii dillə təqdim edib.
Kitabdakı şeirlərdə Qarabağ ağrısı, Şuşa həsrəti və qələbə sevinci ilə yanaşı, insanın daxili iztirabları, mənəvi axtarışları və həyatın faniliyi fəlsəfi baxımdan dərindən işlənilib. Müəllifin səmimi və təsirli üslubu oxucunu həm düşündürür, həm də duyğulandırır.
Rəsmiyyə Sabirin poeziyası yalnız Azərbaycanda deyil, bütövlükdə Türk dünyasında geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanır və yüksək dəyərləndirilir. Onun şeirləri müxtəlif dillərə tərcümə olunmuşdur.
“Şeir qadın” kitabı Qazaxıstan oxucusuna müasir Azərbaycan poeziyasını tanıtmaqla yanaşı, ortaq tarix, mədəniyyət və mənəvi dəyərlər fonunda türk xalqları arasında ədəbi körpü rolunu oynayır.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar