Xəbər lenti
Mənim ömür payımı öz canından yonmusan - ŞEİR
Nargilə YusifqızıAllahın yer üzündəki kölgəsi-Ana
Sən zamanı doğrayan küt bıçağın ağzısan,
Mənim ömür payımı öz canından yonmusan.
Alnındakı qırışlar – taleyin xəritəsi,
Sən mənim uduzduğum döyüşlərdə yanmısan.
Duaların – ruhumun ən keçilməz səngəri,
Gözündən yaşla düşən o kədər bəşəridir.
Tanrıdan soraq gəlsə, "Mərhəmət nədir?" deyə,
Göstərərəm əlini – şəfqətin əsəridir.
Ağaran saçlarında illərin qisası var,
Hər telində ömrümün min bir sınıq sədası.
Dünyanın səs-küyünü susduran bir sükutsan,
Varlığın – kainatın ən qədim əlvidası...
Sən günah çıxarılan müqəddəs bir ibadət,
Mən isə o qiblədə azan bir bəndəyəm, bax.
Sənin nəfəsinlədir mənə verilən cənnət,
Sən mənim ürəyimdə, mənsə cənnətdəyəm, bax
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































