Sizin Reklam Burada
Xəbər lenti
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Hələ də gözümdə həsrət gəzirəm..." - Gülnarə Nağıyeva

Tarix: 28-03-2026 15:29     Baxış: 3231 A- / A+

Gülnarə Nağıyeva

XƏZƏR

Yenə də coşğunsan, dalğalısan,
Mavi Xəzərim.
Yenidən səni görməyə gəldim,
Qoxunu içimə çəkməyə gəldim.
Bu nə gözəllik?
Gözoxşayan xoş mənzərə,
Qağayılar da seyrinə gəlmiş,
İnsanları heyran etmiş.
Bəzən səssizsən, bəzən coşqun,
Bəzən mavisən, bəzən gömgöy.
Dərindən də dərinsən.
Rəngin də, tərzin də mənə bənzəyir.
Qoynunda yatır min illərin sirri, sehri, möcuzəsi.
Səni seyr edəni ovsunlayırsan dərin.
Sən Bakının mavi rəngli örpəyisən,
İnsanların sevinc yeri, dərd yerisən.
Günəş salamlayır hər səhər səni
Gecələr qoynuna çəkilir geri.

RUHDAN RUHA

Yenə pərvazlanır şair ürəyim,
Ruhum ruhunun yanına gəlir.
Bəlkə də duyursan çırpınışımı,
Ruhumun ruhuna susadığını.

Hələ də gözümdə həsrət gəzirəm,
Qəlbimdə qüssədən hasar hörürəm,
Qəmli nəğmələrdə səni gəzirəm,
İllərdi qəlbimi belə üzürəm.

Bəlkə də bir ömrü boşa xərclədim,
Bahar gəncliyimi qışa xərclədim,
Artıq puç ömrümün sonuna gəldim.

Bütün təlaşımı, əzablarımı,
Ovcumun içinə yığib gəlirəm.
Mən bu kainatdan əbədi qopub,
Öz sevgi dünyama -Sənə gəlirəm.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar