Sizin Reklam Burada
Xəbər lenti
16-04-2026
15-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Salam, ədəbiyyat!" - Zabil Pərviz yazır

Tarix: 27-03-2026 15:09     Baxış: 3284 A- / A+
                                              Zabil Pərviz 

Dəniz ola, sən olasan, bir də qağayılar,
Xəfif meh əsə,narın yağış yağa,
Uzaqdan əl edə xəyallar--
Ağ-qara.
İçindəki həsrət kükrəyə dalğa-dalğa,
Ləpə-ləpə göynəyə.
Saçlarını külək, yanaqlarını sel apara.
Bürünəsən təkliyə,
Tellərinin dəni,ovuclarının qabarı üşüyə.
Xatirələr küskün-kuskün başına yığışa,
Verəsən ürəyini dənizə, küləyə, yağışa.


Həsrətin,tənhalığın və kədərin tablosu Təranə Dəmir qələmində.
Mən şair olduğum kimi eyni zamanda da oxucuyam.Özü də sözün hənirini uzaqdan hiss edən oxucu.Məni heyrətləndirmək elə də asan deyil.Gərək şeir məni o qədər içinə çəksin ki,mən heyrətlənə bilim.Bu şeir kimi.Nədir məni heyrətləndirən?Birinci növbədə Təranə Dəmirin şeirlərindəki səmimiyyət məni heyrətləndiririr.İçdən və yaşananlar elə peşəkarcasına qələmə alınır ki,sözün sehrinə düşməmək olmur.Sonra ədəbi sözün qaydalarına peşəkarcasına yanaşmaq bacarığı.Şair təşbehlərdən,metaforalardan elə gözəl ,yerində və ustalıqla istifadə edir ki,sadəcə alqışlamaqdan  başqa çarəmiz qalmır.
Təranə Dəmir gündəm şairi deyil,minilliklərin şairidi. Mən onu gələcək minillikdə də gözləyirəm.Şairin ədəbiyyatda öz cığırı olmalıdı.Kiminsə cığırı ilə irəlilədinsə,demək böyük Sözü ram edə bilməmisən. Demək bu gün alqışlanacaqsan,səhərsə unudulub gedəcəksən. Sözdə öz fikrin,düşüncən olmalıdı.Ədəbiyyata yeni söz,yeni nəfəs gətirməlisən.Təranə Dəmir öz cığırında yol gedən şairdi. Mən onu böyük ədəbiyyat adamı adlandırıram. Təranə Dəmir alqış və mükafat şairi deyil,söz adamıdı.Eyni zamanda təvazökar və özündənrazılıq hissindən uzaqdı.Tərifi də qədərində qəbul edir.Yalançı təriflərdən və yalançı insanlardan uzaq olmağı da şairin səmimiyyətindən irəli gəlir.İnsan onun şeirlərində özünü tapa bilir.Hər kəsin diliylə danışmağı bacaran şair çox bağlı qapıları açmağı bacarır.Axı ədəbiyyat eyni zamanda dövrün aynası da olmalıdı.Belə ədəbiyyat əbədiyaşar ədəbiyyatdı.Şair şeirlərində küləyin də,yağışın da,torpağın da,quşun da,küçənin,yolun,cığırın da diliylə danışmağı bacarır.Cəmiyyəti düşündürən məsələlər,problemlər,qayğılar şeirləşə bilir Təranə Dəmir qələmində.

Bu şəhərin adamların don vurub,
Bu şəhərin küçələri yel çəkir.
Bu şəhərin ayaqları yorulub,
Bu şəhərin baxışları yol çəkir
-deyən şair bu günkü  yorğun,yuxusuz,dərdli şəhərin sözlə tablosunu çəkib.

Gecənin ən gözəl rəngi darıxmaq,
Elə darıxmaqçun doğulub gecə 
Qapqara zülməti çəkib üstünə
Göz yaşı tökəsən burda gizlicə.


Başdan- başa təşbehlə dolu misralarda adam zülmət gecənin içində hiss edir özünü.Darıxırsan,həsrətə bələnirsən,üşüyürsən.İnsan duyğularına ayna tuta bilən şair gecəni də dilləndirə bilir demək.Ayla,ulduzla,işıqla,qaranlıqla dərdləşə bilmək özü də adamdan hünər istər.Bu baxımdan Təranə Dəmir hünərli şairdi.
Eyni zamanda şair:
Biz də keçdik ayrılıqdan,
Həsrət,gözün aydın olsun.
Bu qaranlıq,bu toranlıq,
Zülmət,gözün aydın olsun-
deməyi də bacarır.
Həsrətə,zülmətə "günaydın" deməyin içində böyük ağrı,kədər və üzüntü var həm də.

Günaydın,əsən külək,
Yağan yağış,günaydın.
Günaydın,gedən payız,
Sazaqlı qış,günaydın.

Salam dən axataran quş,
Üşüyən ağac,salam.
Bu tələsən küçələr,
Basabas,tıxac,salam.

Günaydın,dilənçi qız,
Diləyin,duan aydın.
Qızaran üzündəki
İsmətin,həyan aydın..


Şeir uzanır. Uzandıqca gözümüzün qabağına küləkli,yağışlı  şəhər gəlir.Qayğılarla yüklənmiş insanlar,basırıq küçələr,utancaq dilənçi qız gözümüzün önündə canlanır.Təsvirlər canlı və diridi.Təranə Dəmirin şeirləri adamla danışır sanki.İnsan bu şeirlərə ürəyini aça bilir.Bu da bir uğurdu.

Yenə töküb qaş-qabağın,
Qaramat yağır üzündən.
Göy geyib,qara bağlayıb,
Hava nə çıxıb özündən...

Küçələr,yollar üşüyür,
Dərə,təpə,dağ ağlayır.
Dəniz ləpə-ləpə küsüb,
Ağaclar yarpaq ağayır.


Yeni,orijinal fikirlərlə dolu olan bu şeiri oxuduqca gözümüzün önündə hava dil açır,danışır adamla, buludlar üsyan edir,qışın sazağına düşürük.
Şairlin şeirlərindən belə sitatlar çox gətirmək olar.

Təranə Dəmir eyni zamanda gözəl təbiət şairidi.Onun payız tabloları həmişəyaşardı.Şair bu şeirlərlə payızı da,qışı da  bizə sevdirməyi bacarır.

Hər həsrətin öz ağrısı,
Hər həsrətin öz rəngi var.
İkimizin də könlündə
Payız adlı bir sevgi var,
Vermişik baş-başa, payız.


Və ya"

Bir payız nağılıydı,
Ayrılıq qoxuluydu,
Sərsəmdi,yuxuluydu,
Gözümdə azdı getdi,
Bu sevgi göyərmədi.

Burda payızın xəzanına bürünmüş sevgi canlanır gözümüzün önündə.Payız rəngdə,payız dadda,payız ruhda.Bu da bir bacarıqdı.

Eyni zamanda kənd təsvirləri,ormanlar,meşələr,ağaclar,kollar şair qələmində məharətlə şeirləşə bilir.Obrazlılıq Təranə Dəmir şeirlərinin əsasını təşkil edir.

Qalxasan at belinə,
Basasan üzəngiyə,
Qovasan yaylağacan,
O da bir az təngiyə.
Alaçığın başında
Narıncı çoban iti
Boynun burub otura,
Nənən səndən nigaran
Tez-tez durub otura...

Yaylaqlarımız,qoyun-quzu səsi,yaylaq abu-havası gözümüzün önündə canlanır.Təsvirlər o qədər canlıdı ki,istər-istəməz özünü yaylaqda hiss edirsən.
Təranə Dəmir gözəl şair olmaqla yanaşı,gözəl də publisustdi.Publisistikasında da özüdü Təranə Dəmir.Şairin Sözə fərqli yanaşması və güclü təhlil bacarığı var.O həmçinin gözəl nəsr əsərləri,hekayələr,esselər müəllifidi. Bir sözlə Təranə Dəmir əsl Söz adamıdı.Eyni zamanda şair Sözə ürəklə salam verənlərdəndi.

Zabil Pərviz,
AYB və AJB-nin üzvü.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar