Sizin Reklam Burada
Xəbər lenti
17-04-2026
BÜTÜN XƏBƏRLƏR

​"Qəfil bir zəngdən asılar milyon payızın yarpağı" - ŞEİR

Tarix: 21-02-2026 12:06     Baxış: 3309 A- / A+
                                                 Cavid Fərzəli


İlham Tumasa

Qəfil bir zəng gələr...
Barmaqlarının dili tutulanda,
Hirsinin dodaqlarını buz kəsəndə
Əllərini göy üzünə təslim edərsən.

Qəfil bir zəngdən asılar milyon payızın yarpağı,
Dizlərin əllərindən küsər.
Ləpirinə lənət oxuduğun işıqlar,
Asılar yetim küçələrin çiynindən;
Kor bir gözün qaranlığı ağlayar üstünə!

Telefon xəttində,
Bir ata oğlunu sevdiyini qışqırar səngərin qulağına!

Dəstəkdə,
Döyüş dostunu itirmiş bir kişinin səsi titrəyər.
Divarların boğazında düyünlənər sözün,
Qulağı batar qırmızı axşamın...

Çölün soyuğundan qolları salxar pəncərəm,
Küçələrin sərsəri əyləncəsindən dönər başım.

Köhnə bir kağızda, bomboz gecədə
Ayağını suya sallayır ay işığı,
Dupduru aynaların xəyanətindən şəkillərimiz sərxoş olur.
Boğaza yığılmış intihar ipində:
Eyni pəncərədə,
Eyni küçədə,
Əllərimizin öldüyünü eşidirəm...

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar