Xəbər lenti
Gecələr səhərin ömrünü yeyir, günəşi gizlədir qara pərdədə -ŞEİRLƏR
Ülviyyə ƏbülfəzqızıÖLÜM, GÜNÜN MÜBARƏK!
Üz çevirib sevincə.
Qəlbimdə qəm yaşayır,
İllərim yamaq kimi,
Ömrü məcbur daşıyır.
Təbəssüm uşaq təki,
Məndən inciyib qaçır.
Hər səhər qapımıza,
Dərd-kədər ayaq açır.
Fəsillər yer dəyişir,
Gümanım yox sabaha.
İsti, soyuq fərq etməz,
Hisssizləşmişəm daha.
Kədərə sığal çəkib,
Öyrətmişəm özümə.
O özü də mat qalıb,
Məndə olan dözümə.
Gedirəm sonsuzluğa,
Ölüm, günün mübarək.
Sən doğuldun, mən öldüm,
Heç doğulmazdım gərək.
TƏSLİMİYYƏT
Tufandan qorxmuş çiçəklər kimi susar dilin,
Fikirlərin bir- birinin ayağına dolaşaraq
qəlbinə yük gətirər.
Ağırlıq göstərər gücünü
bütün vücuduna hökm edər,
Səndələyib qaranlığın qucağında oyanarsan.
Qaranlığın qolları, əlləri poladdan güc
alıb gözünü açmağa qoymaz,
Cəhd edib, edib yorularsan, usanarsan.
Gözlərindən vaz keçib qəlbini dinləsən,
qaranlıq təslimiyyəti anlayıb məyus olar.
Sənsə gözlərini açmadan baxarsan
yuxu adlı həyata.
DEYİRLƏR, SEVGİDƏN ŞAİR OLMUŞAM
Baxışın qəlbimə cığırlar salır,
Hər gün o yollarda itib azıram.
Deyirlər, sevgidən şair olmuşam,
Eşqin əzabından dastan yazıram.
Gecələr səhərin ömrünü yeyir,
Günəşi gizlədir qara pərdədə.
Ona cəza verib əsir saxlayır,
Ay artıq həsrətdən düşüb dərdə də..
Məhəbbət atəşi qəlbi qovurur,
Göz yaşım alovun üstünə qaçır.
Qəlbin küllərindən Günəş doğulur,
Zülməti kor edib nurunu saçır.
YALANMI?
Doğruları baltalayıb odun etdilər,
Yandırıb küllərini torpağa tapşırdılar..
Doğru doğulanları yorulmadan sınağa çəkdilər,
Yalanmı?!
Sevgi bulağına haram çiləyib içirtdilər,
Qəlbin aynasını əlləri ilə çirkə batırdılar.
Sonra: “Bataqlıqdan çıxmaq çətin”- söylədilər.
Yalanmı?!
Yaxşılığı pisliyə əmanət etdilər,
Əmanətə xəyanəti adət etdilər.
Qanında pisliyə vərdiş olan körpələr doğuldu,
Yalanmı?!
Kimi qəlbindəki gizli ŞƏRƏ qardaş oldu,
Kimi yalnız XEYRİ görüb yoldaş oldu.
Ta əzəldən ” Xeyir və Şər” bir-birilərinə dəlicəsinə nifrət etdilər,
Yalanmı?!
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































