Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

“Rüstəm Kamalın erudisiyasının qanqrenası” — Emil Rasimoğlu yazır....

Tarix: 13-02-2026 10:13     Baxış: 3212 A- / A+
Emil Rasimoğlu
şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü


***
Ədəbi camiyəni nəzərdən keçirə-keçirə bir daha hazırkı çağımızın ədəbiyyatşünaslığını, ədəbi tənqidini (təhlilini) düşünüb, anidən Rüstəm Kamalı xatırlayıram. Yəqin ki, tanıdınız... Qələminə səhifə-səhifə diz çökdürüb, onu ibadətkarlığa, bütpərəstliyə vərdiş elətdirən... və bu minvalla da sənətin, sənət həqiqətlərinin alnına güllə sıxıb, kürəyini “boz qələmlər səhrası”na söykəyən Rüstəm Kamalı deyirəm!

... Bir dəfə də yazmışdım, bugün müasir dövr ədəbiyyatşünaslığının ümumi durumu, belə demək mümkündüsə, “qanqren” vəziyyəti Rüstəm Kamalların, Əsəd Cahangirlərin, Vaqif Yusiflilərin, Tehran Əlişanoğluların, Elnarə Akimovaların... SƏNƏTin “mutasiyaya” uğramış (uğradılmış!) halına söykənən,.. tərkibcə ədəbi düşüncə tərzinin ibtidai mərhələsini tərk etməyən,.. gerçək ədəbi meyarların inkarından və irrasionalizmdən yoğrulan... TRAFARET YAZILARından açıq – aydın şəkildə bəllidir.

Məhz bu məqamda xüsusilə qeyd etməliyəm ki, ədəbiyyatşünaslığın deqradasiyasının təməlində dayanan həmin “yazıların” yaranmasına zaman – zaman (“yazı” sahiblərinə görə dəyişən) bir neçə amil səbəb olub... səbəb olur:

BİRİNCİSİ, 
Təfəkkür olaraq kütləviləşmiş qatı aşa bilməyib, məişət təsəvvür mexanizmindən, ədəbi məsələlərə kütlə psixologiyası ilə yanaşma “vərdişindən”, tərzindən qopa bilməmək... və nəticədə isə gerçək ədəbi mahiyyətdən, ədəbi meyarlardan uzaqda qalmaq AMİLİ. 
(Misal üçün, bu AMİL əsasında “formalaşan” kateqoriyaya “Vaqif Yusifli xətti”ndə olanları aid etmək olar.)

İKİNCİSİ,
Öz fundamental idraki potensialını müəyyən “maraqlar”ın xroniki əsirinə çevirib, ədəbi prinsiplərə xəyanət etmək AMİLİ.

ÜÇÜNCÜSÜ isə
Sənət meyarlarını bir kənara qoyub, yanaşdığı bədii məhsulun müəllifi qarşısında psixoloji itaətkarlıq sindiromu yaşamaq və o itaətkarlıq sindiromundan doğan “ədəbi fanatizmlik” göstərmək AMİLİ.

İndisə sözümün bu vədəsində qayıdım (xüsusən də!) “ədəbi qətllər simfoniyası”nın “Rüstəm Kəmal fəsli”nə...

MƏSƏLƏN, az öncə adını çəkdiyim, haqqında bəhs etdiyim Rüstəm Kamal kifayət qədər ədəbiyyata, MƏTN həqiqətlərinə, YARADICI XƏTTə bələd olan imzadı, amma və lakin(!) öz xaraktersizliyi ucbatından(!) illərdi ki, qələmi “maraqların çarxı”nda və “çarmıxında” əsrlikdədir, necə deyərlər “bozluqlar” içində can verir... və yenə təkrar edirəm, öz xaraktersizliyi ucbatından!

Demək, günlərin bir günü özünün (düşüncə tərzinin!) “aqreqat” halını tez-tez iri planda nümayiş etdirən həmin bu Rüstəm Kamala ədəbiyyatla bağlı söhbətlər əsnasında (efirdə) sual etdilər... Kİ, 

SƏNƏT SƏNƏT ÜÇÜNDÜRMÜ? 

Qələmi “maraqların çarxı”nda və “çarmıxında” əsrlikdə can çəkən Rüstəm Kamal həzrətləri (bir az da inandırmaq cəhdi və mimikası ilə!) qayıtdı Kİ,

“XEYİR, SƏNƏT XALQ ÜÇÜNDÜ, BAZAR ÜÇÜNDÜ...”

Sözə baxın ha - “BAZAR ÜZÜNDÜ...”

İndi deyin görək, “SƏNƏT XALQ ÜÇÜNDÜ, BAZAR ÜÇÜNDÜ...” ifadəsini dilə gətirməkdən ötrü mətni tanıyan bir imza, bir fikir adamı özü özünü hansı şəkildə “edam” etməlidir Kİ... o “boz mahiyyət”ə də çata bilsin. Hansı şəkildə “edam” etməlidir?!

Yəni, həqiqətənmi(?!) bu gözəlim məmləkətin (bugün ƏDƏBİ REGENERASİYA prosesinə ehtiyacı olan) Rüstəm Kamalı bilmir ki, yaradıcılıqda “Sənət sənət üçündür” prinsipi gerçək, danılmaz və ilahi olan bir prinsipdir, idraki əhəmiyyət daşıyır!..
Yəni, həqiqətənmi(?!) bu gözəlim məmləkətin (bugün ƏDƏBİ REGENERASİYA prosesinə ehtiyacı olan) Rüstəm Kamalı bilmir ki, SƏNƏT ümumən xalqın yox, formalaşmış FƏRDlərin qəbuludur, həmin FƏRDlərin dərk edəcəyi NƏSNƏdir!..

Bilir, əlbəttə ki, bilir(!), AMMA VƏ LAKİN(!) qələmin müvazinatını o qədər qoruya bilmədi ki, indi onun düşüncə qatında amansız “aqreqat” halı baş verir...

... Yandır Rüstəm Kamalın portretini, Rüstəm Kamal!

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar