Sizin Reklam Burada
Xəbər lenti
09-05-2026
08-05-2026
BÜTÜN XƏBƏRLƏR

"Hamı öz yuvasında, yurdunda yabançıdı, gülüşlər, qəhqəhələr, sevgilər yalançıdı" - ŞEİR

Tarix: 11-02-2026 11:16     Baxış: 4371 A- / A+


              Təranə DƏMİR

***
Bu qaranlıq da çıxar
Bir gün işığa, səbr et.
Sıx dişini bir az da,
Bir az da daha səbr et.
Səbr et atam, qardaşım,
Anam, bacım, səbr elə.
Kədərim, dərdim, qəmim,
Ağrım, acım, səbr elə.
Bələn torpağa, səbr et,
Bürün bayrağa, səbr et.
Sal səsini içinə
Oyanmasın yatanlar.
İndi yaman çoxalıb,
Qoçular, şarlatanlar.
Gözümüz görə-görə
Cibimizə girirlər,
Evimizə girirlər.
Günü  gündən çoxalır
Mədəni dilənçilər,
Kəfillər, sələmçilər.
Bu gözəlim Vətəni
Manat-manat yeyirlər,
Alqış-alqış udurlar,
Sığal-sığal ovudub,
Medal-medal satırlar.
Yalandan gəlib keçir
Adamların ruzusu.
Hər gün təzə ixtira,
Hər gün ölüm qorxusu.
Hamı öz yuvasında,
Yurdunda yabançıdı.
Gülüşlər, qəhqəhələr,
Sevgilər yalançıdı.
Gedənlər nə bilir ki,
Nə çəkir qalan indi.
Nə bilir nə çəkirsən, 
Nə çəkir balan indi?
Bu günü də yola ver,
Sabaha nə qalıb ki?
Tut haqqın ətəyindən,
Bir də gördün səhərdi,
Hər tərəf işıq saçır,
Azadlıqdı, bir də sən,
Üstünə nur tökülür
Günəşin köynəyindən..
Ah, nə gözəl xəbərdi.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar