Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

​Ayılıb gördü ki, payız qurtarıb....(ŞEİR)

Tarix: 08-02-2026 20:45     Baxış: 2370 A- / A+

                                   Cavid Fərzəli


Epilepsiya

Gənc adam huşunu itirmişdi.
Qapqara duman üstünə yıxılır,
kipriklərini qar döyürdü.
Apardılar.
"Əsəbləri korlanıb" – dedi tibb bacısı.
Ayılıb gördü ki, payız qurtarıb,
yad bir qadın adını oxuyur;
Xəyalı ağ mələfəyə dağılır.
Adını soruşanda,
hirsinin küncünə qısılıb sirrini danışdı;
– Sən nə biləsən...
çox vaxt uçmaq istəməyən qanadların başı kəsilir.
–Adınız nədir?
Qırılmış səslərin içindən
hərflər qarışıq düzülür:
–Səən... kimsən?
–Biz çiyinlərimizin gözüylə görürük,
əlini çiynimə qoy, görüm səni...
Görüm ki, pəncərənin qolları yağışın boğazını necə üzür...
Sonra əllərini xatırlamadı,
telefonunu unutdu,
saatını açıb atdı...

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar