Xəbər lenti
"Bəxti oxuyan nəğməyəm – Vətən" - ŞEİRLƏR
Elboy QULMONOV 1992-ci il may ayının 29-da Özbəkistan Respublikası Qəşqədərya vilayətinin Koson rayonunda anadan olmuşdur. Qarşı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.Yaradıcılıq nümunələri respublika və bir sıra xarici ölkələrin dövri mətbuat orqanlarında dərc olunmuşdur. Onun özbək–qırğız dillərində nəşr edilən “Duyğular şəhəri” (2019),“Könül sarayı” (2021), “Qəlbimin Kəbəsi – anam” (2022) adlı şeir kitabları, eləcə də “Eldə əziz tutulanlar”, “Maarifət işıqları” adlı publisistik kitabları çapdan çıxmışdır.
2023-cü ildə Rusiya “Qızıl Qələm” Milli Ədəbiyyat Mükafatı beynəlxalq müsabiqəsində iştirak etmişdir. 2025-ci ildə TÜRKSOY beynəlxalq təşkilatının “Ahmet Baytursunov” adına ədəbi mükafatı ilə təltif olunmuşdur. Hazırda Asiya Texnologiyaları Universitetində tarix ixtisası üzrə magistratura pilləsinin I kurs tələbəsidir.
Eyni zamanda Özbəkistan Yazıçılar Birliyinin Qəşqədərya vilayət bölməsində baş mütəxəssis vəzifəsində fəaliyyət göstərir. Özbəkistan Yazıçılar Birlyi və Özbəkistan Jurnalistlər Birlyinin üzvüdür.
HAQİQƏTİN SÖZÜYƏM…
Ey azadlıq, işıqlı ünvanım,
Gələcəyim, əfsanəm – Vətən.
Böyük tarix içində köklənmiş,
Ayağında bir astanam – Vətən.
Çinar kimi zamana sarılmış,
Səadət sevən boyunam – Vətən.
Kəpənək tək şadlanıb uçmuş,
Bəxti oxuyan nəğməyəm – Vətən.
Günəşinə nur içirmişəm,
Sədaqətin özüyəm – Vətən.
Öz doğma yurdunu sevən,
Həqiqətin sözüyəm – Vətən.
ŞÜKRANƏ DEYƏK
Sülhün sübhü öpər astanamızı,
Səadət doldurar könül evimizi,
Dünya heyran qalar zamanımıza,
Şükranə deyək bu gözəl günlərə.
Hər sahədə uca dəyişmələr var,
İnansan, yolunda yüksəlişlər var,
Bir yanı çəmənlik, bir yanı gülzar,
Şükranə deyək bu gözəl günlərə.
Könüldə qəribə humalar uçar,
Coşqun irməkləri qucaqlar çaylar,
İstiqlal ovucunda fürsətlər tutar,
Şükranə deyək bu gözəl günlərə.
Yeni gün ömrün təzə ənamıdır,
Hər anı yeni arzuların camıdır,
Sevinclə doldurub Özbəkistanı,
Şükranə deyək bu gözəl günlərə.
SEVGİ
Sevgi sənin… əzablarının
dadını bilməyən könül varmı?
Əzablara verib canını,
Könül hicranlara yoldaş olarmı?
Sevgi sənin… işgəncələrindən,
Görüşə həsrət illər keçir.
Eşqin sirli səhəri arasında
Xoşbəxtlik qalasına səyahət edər könüllər.
Sevgi sənin… əzablarından,
Günəşin özü də ürəyi bəzən donar.
Könüllərə yardımçı olar məhəbbət,
Ən şirin sözlərin yoldaşı olar.
ŞƏRT
Könlümü yeyir qəm,
Qanımı içib böyüyür dərd.
Əzablara boyun əyməmək üçün,
İndi məni unutmağın şərtdir!
Sən haralara çağırırsan sərgərdan,
Gəl, könlünü ver, ey Günəş!
Eşqin dərdində çürüməmək üçün,
Arzulara od salar gözyaşın.
Könül iradəm zəif olmaz, güclüdür,
Ürəyimlə əbədi yaşayar dərd.
Səni mənə xatırlatmamaq üçün,
Günəşi görmək şərtdir.
Mən Günəşi sevməliyəm!
***
Şükranə qızım üçün
Yaradandan yalvararaq,
Diləyib aldığım arzularım.
Göy gözlü, qızıl saçlı,
Gözəl qızım, mələyim.
Sən ömrümə günəş kimi,
Nur saçıb girdin həyatımın içinə.
Ürəyimin gücü,
Əbədi diləyim sənsən.
Oyaq keçən gecələrim,
İşıq saçan ulduzumsan.
Sinəmdə döyünən
ürəyimsən.
Arzularımın qanadı,
Şirin dilli uşağım sənsən.
Ömrümün mənası,
Gülüşün gül kimi gözəl,
Həyatımın mahısan.
Sən ömrümün işığı,
xoşbəxtliyimsən.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























