Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

Küçələrin taleyini elektron ağaclar yaşayır indi - Cavid Fərzəlinin şeiri

Tarix: 07-01-2026 20:44     Baxış: 3196 A- / A+
Barmaqlarımda yağışların evi çətirlər oldu

                                                        Cavid Fərzəli

***

Günbatımının qızılı kölgəsiyəm,
Evimizin çiyinlərindən boylandım oğlumun addımlarına.
Ay işığının qanı sızır gecənin divarlarından.

“Daş kimi dayanmısan,” dedi oğlum,
“Gəl, oyun oynayaq.”

Sinəmin üstündə bir ev tikdi,
Düzdü ürəyimə yumru oyuncaqlarını.
Gözlərimi pəncərə tək asdı balaca divarlarından.

Telefondan barmaqlarımın dodaqları öpür sarımtıl rəqəmləri.
Corablarımın boğazında ayaqlarım intihar çabalayır.

Tanrıdan gizli nəfəs alırdım,
Sinəmdəki o ev uçmasın deyə.

Boyunu ultrabənövşəyi buludlara bükdüm,
Baxışlarımda cizgi filmi tək asıldı barmaqların.

Necə oldusa, o evi yuxu tutdu,
Oyuncaqların yuxusu qaçdı.

Heyif,
Əyninə divar köynəyi geyindirməyi bacarmadım.
O evi həmişə gözlərimin yerinə qoya bilmədim.

Günəş dişinə çəkdi bozarmış kölgələri.
Səhər həyətdə topu uzağa vurdum –
Ayaqlarımı inandırdım ki,
Oyun bitməyib.
Ayaqqabılarım yolların məzarıdır.

İndi o oyuncaqlar arasında
Qanadı qırıq təyyarə tək uzağam göy üzünə.

Səni tək buraxmaq,
Zeytun ağacını susuz böyütməkdir.

Bel bağlama payızın yaddaşına, oğlum,
Küçələrin taleyini elektron ağaclar yaşayır indi.

Saat əqrəbləri süd dişlərini içir,
Yaşamağı öyrənmək, əllərini unutmaqdır.

Bir uşaq səsi qulağımda iməkləyir:
“Adamlar oyuncağa dönür,
Yuvaların ovuclarında.”

Unutma,
Yumruğunu küçələr savaş üçün böyüdür.

Bağışla,
Barmaqlarımda yağışların evi çətirlər oldu.
Daha doğma güzgülərin addımlarıyla
Yeriməyi unutdum.


Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar