Sizin Reklam Burada
Xəbər lenti
12-01-2026
BÜTÜN XƏBƏRLƏR

"Güzgülər peşiman dildə danışar..." - Cahangir NAMAZOV

Tarix: 07-01-2026 19:32     Baxış: 343 A- / A+
Cahangir NAMAZOV

YANIB KÜL OLMAYAN İNSANIN BALLADASI

I

Mən dünyadan incimirəm.
Mən dünyanı edirəm aşkar.
Çünki bu dünya ən saf ürəkləri
Daim ən sonda xatırlayır...

Məni cəhd etdilər sındırmağa,
Amma mən sındırılmaz:
İnsan qəlbini sındırmaq mümkün,
Lakin insanlığı yox etmək olmaz.

İçimdə neçə yol müharibələr etdim.
Bayraqsız.
Və heç cürə silahsız, yaraqsız
Həlak oldu hər gün bir ümid,
Hər gündə inamlar söndü...

Və hər gün yenə oyandım,
Və yarıcan ümidlərlə,
Əsirgəmədən sinəmi cıraraq,
Ölməmişdən qabaq qəbrə girmişəm...

Mən sualam - Cavabsız sual,
Səbəb bu, açəkili, qurğuşuntək ağır.
O üzdən narahatam, ədalətsevərəm,
Həqiqət - həmişə ən ağır əzabdır...

Neçə dəfə mənə: “Sus”, dedilər,
Bizlərə tabe ol, təzimə alış.
Öz yolunu atıb başqa iziiylə,
Qul kimi yaşamaq ömür olmamış!
 
Alışmaq - qulluğun kiçikşəklidir,
Yenə söylədilər: belədir dünya.
Hər kəsin yolu var, yollar fərqlidir,
O cür yaşamaqdan qoru, Xudaya!

Mən pis də deyiləm həddindən artıq,
Yoxdur həddən artıq mələkliyim həm. 
Bilirəm, özümü səma saymıram,
Amma... siz düşünən yer də deyiləm...

II

Mən ağlayıram,
Amma bu ağlama deyil məğlubiyyət,
Bu, sadəcə, oyanışdır.
Göz yaşı paklanmasıdır ruhun,
Ağlamayan qəlb — çürümüş kötükdür əlbət .

Ey dünya! Əgər bu gün qədrimi bilməsən,
Sabah heç tapa bilməyəcəksən.
Səni gözləyəcəm, sən gəlməsən, ey bəxt,
Sabah, heç vaxt, məni görməyəcəksən...

Gözünə görünmərəm bəlkə,
Nəzərə almazsan – ehtimal budur .
Amma yox deyiləm, diriyəm hələ,
Bütöv yer üzünə saçacağam nur...

Yanıram, səmaya dırmaşmaqdayam,
Lakin kül olmaram, yalnız közəm - mərd.
Yanaraq çevrilərəm ilahi nura,
Məni böyütməkdə ilahi bir dərd...

04 yanvar 2026-cı il

SİFƏT

Yoruldum dəyişən, saxta üzlərdən,
İnsan axtarmaqdan doydum, usandım.
Getmir qulaqlardan yemək səsləri,
Doydum, nağıllara bəsdir inandım.

Güzgülər peşiman dildə danışar,
Sözsüzəm, dilsizəm, şəklim uğursuz.
Gözlərimdən axar əriyən buzlar,
Soyuq peşmanlıqdan içim tutur buz.

Mən insan axtardım hər bir sifətdə,
Hər bir insanda da axtardım vicdan.
“Həqiqət” deyənlər hamsı boşboğaz,
Nə qədər doğru var, hamısı yalan?!

Barmaq arasından sızar ümidlər,
Dəli küləklərtək  fikrim davakar.
Günbəgün yaxına gəlməkdə əcəl,
Ölüm nöqtəsində oyun dayanar.

07 oktyabr 2025-ci il

Azərbaycan dilinə uyğunlaşdıran:
Şahməmməd Dağlaroğlu.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar