Sizin Reklam Burada
Xəbər lenti
07-05-2024
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Mənsimovun 58 gəmisini əlindən alır

Tarix: 30-11-2018 21:45     Baxış: 3234 A- / A+
Rusiya Mənsimovun 58 gəmisini əlindən alır

Rusiyanın Rostov vilayətinin Arbitraj məhkəməsi “Palmali” MMC şirkətinin müflis elan edilməsinə dair qərarı qüvvədə saxlayıb.

Qərarın təsdiqlənməsi nəticəsində şirkətə məxsus olan 58 gəmi hərrac yolu ilə satılacaq. Əldə ediləcək vəsait isə “Sberbank”a ödəniləcək. “Palmali” MMC-nin “Sberbank”a 210 milyon dollar ödənilməmiş kredit borcu var və bank şirkətin müflis elan edilməsi tələbi ilə ötən il məhkəmə iddiası qaldırmışdı.

“Palmali” MMC-nin səhmləri azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali Denizçilik” şirkətinə məxsusdur. Şirkətin icraçı direktoru Aleksey Mixeleyev məhkəmənin qərarını şərh etməkdən imtina edib. “Palmali Denizçilik” Türkiyə şirkəti isə müflisləşmə qərarının onlara dəxli olmadığını, ancaq “Palmali” MMC-yə aid olduğunu bildirib.

Holdinqdən yayılan açıqlamada bildirilir ki, “Palmali”nin 21 ölkədə şöbəsi var və Rostovdakı şirkətin müflis olması onların fəaliyyətinə təsir etməyəcək.

“Bütün əməliyyat mərkəzlərimizin 2019-cu il yanvarın 1-dən etibarən Türkiyədə tək çətir alında cəmləşdirilməsi qərarı verilib. Gəmilərimiz bütün limanlara Türkiyə bayraqları ilə girəcək. Önümüzdəki mərhələdə Türkiyə ilə böyüyəcəyimizə inanırıq”-açıqlamada deyilir.

“Palmali” MMC-nin aktivlərinin ümumi dəyəri cəmi 419 milyon rubl qiymətləndirilib. Bu haqda şirkətə təyin edilmiş müvəqqəti idarəçinin hesabatında göstərilir. Sənəd Rusiyanın müflisləşmə barədə vahid federal reyestrində yerləşdirilib. İnventarlaşdırmaya əsasən şirkətin gəmiləri və daşınmaz əmlakı daxil olmaqla bütün aktivləri hesaba alınıb. Beləliklə, həmin aktivlərin satışından əldə olunan vəsait təkcə “Sberbank”a olan borcun cəmi 7.5 milyon dollarını ödəməyə bəs edərdi./virtualaz.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar