Sizin Reklam Burada
Xəbər lenti
03-10-2026
02-10-2026
BÜTÜN XƏBƏRLƏR

Mixeil Saakaşvili canlı efirdə gürcü xalqını küçələrə səslədi – “Seçki saxtalaşdırılıb”

Tarix: 28-11-2018 22:33     Baxış: 3363 A- / A+
Mixeil Saakaşvili canlı efirdə gürcü xalqını küçələrə səslədi – “Seçki saxtalaşdırılıb”

“Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvili “çirkli oliqarx”dır.

Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili canlı efirdə gürcü xalqını küçələrə çıxmağa və vətəndaş itaətsizliyinə çağırıb.


Manevr.az
xəbər verir ki, Saakaşvili ölkənin hazırkı rəhbərlərini seçkini kütləvi saxtalaşdırdıqlarına görə ittiham edib və bildirib ki, seçicilərin əksəriyyətinə pul verilib.

Mixeil Saakaşvili “Gürcü arzusu” partiyasının lideri Bidzina İvanişvilini “çirkli oliqarx” adlandırıb: “Bu şəxs qanunu, konstitusiyanı, demokratiyanı və seçki institutunu tapdalayıb. Mən gürcü cəmiyyətinə səslənərək deyirəm ki, bu seçkinin nəticələrini qəbul etməsinlər”.

ABŞ-ın Edison Research şirkətinin apardığı ekzit-pola görə qadın namizəd Salome Zurabişvili səslərin 55, müxalifətçi Qriqol Vaşadze isə 45 faizini qazana bilib.

Bu nəticələr elan edildikdən sonra Bidzina İvanişvili partiyanın mərkəzi ofisinin qarşısında seçicilərə minnətdarlığını bildirib.

Xatırladaq ki, Salome Zurabişvili hələki seçkilərin nəticələri haqda heç bir açıqlama verməyib./aznews.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar