Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

David Şahnazaryan: “Paşinyan dilənçi kimi ondan bundan investisiya istəyir”

Tarix: 28-11-2018 17:20     Baxış: 3216 A- / A+
David Şahnazaryan: “Paşinyan dilənçi kimi ondan bundan investisiya istəyir”

“Ermənistanın hazırkı baş naziri korrupsiyadan hər yerdə danışıb demaqogiya ilə məşğul olur. 35 min dollarlıq tenderi udan baş nazirin müavini Tiqran Avinyan isə hələ həbsə atılmayıb. Rüşvətxorluğa qarşı heç bir real addımdan söhbət gedə bilməz. Yalnız quru təbliğat...”.


Manevr.az
xəbər verir ki, bu sözləri keçirdiyi mətbuat konfransında Ermənistan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə keçmiş nümayəndəsi, keçmiş milli təhlükəsizlik naziri, hazırda Serj Sərksiyanın Ermənistan Respublika Partyasından namizədliyin irəli sürən David Şahnzazaryan səsləndirib.

David Şahnazaryan mənsub olduğu siyasi düşərgədə bir çoxlarının söylədiyinin əksinə olaraq, indiki iqtidarın kadr qıtlığı çəkmədiyini bildirib.

“Nə üçün iqtidarın kadrları bu qədər fərsiz görünür. Ona görə ki, onların konkret siyas xətti, siyasi oriyentaiyası yoxdur. Bu adamların qarşısına guya öncə investisiyalar cəlb emtək, sonra siyasi vəzifələrin öhdəsindən gəlmək, ən sonda isə ERP-i bitirməyi qoymuşdular. Lakin onlar həmişə hədəfi bir-birinə qatırlar. Paşinyan dilənçi kimi ondan-bundan investisiya istəyir. Bu isə mümkün deyil, investora qanunilik lazımdır”,-deyə David Şahnazaryan qeyd edib.

Şahnazaryan Paşinyanın son mətbuat konfransında söylədiklərinə də toxunub. Həmin konfransda baş nazir onun yanına maşınlarının rəngini dəyişmək istəyən adamların da gəldiyini söyləmişdi.

“Ona görə ki sənin təyin etdiyin nazilər hamısı bürokratdan başqa bir şey deyil. Onlar qərar qəbul edə bilmirlər”,-deyə Şahnazaryan sölyəyib.

David Şahnazaryan keçmiş iqtidarın ən böyük səhvinin xalqdan aralı düşmək olduğunu bildirərək, Paşinyanın bu məsələdə daha da irəli getdiyini iddia edib. Onun fikrincə, Serj Sərkisyan indikilərdən fərqli olaraq heç olmasa xarci siyasətdə Ermənistan üçün doğru addımlar ata bilirdi./musavat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar