Sizin Reklam Burada
Xəbər lenti
11-09-2025
10-09-2025
BÜTÜN XƏBƏRLƏR

“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – Fotolar

Tarix: 28-11-2018 15:52     Baxış: 3243 A- / A+
“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – Fotolar

Türkiyədə “Fələstinə yardım” adı ilə dini kitabların satışıyla məşğul olan şəbəkə üzvləri saxlanılıb. İddiaya görə, onlar əldə etdikləri gəlirlə lüks məclislər təşkil edib.


Manevr.az
xəbər verir ki, şəbəkə çağrı mərkəzi yaradaraq müxtəlif dini bayramlarda insanlara zəng vuraraq onları işləri barədə məlumatlandırıblar. Belə ki, dindarlardan ibarət heyət dini kitabların satışını təbliğ edib. Onlar əldə etdiyi gəlirin 10 faizinin Fələstində və Arakanda yaşayan müsəlmanlara ayıracağını vəd veriblər.

Türk polisinin əməliyyatından sonra ortaya çıxanlar şok effekti yaradıb. Hüquq-mühafizə orqanları isə vətəndaş şikayətindən sonra işə qarışıb. Çağrı mərkəzindən “Quran” kitabı sifariş verən şəxsin ünvanına yalnız kağız parçaları göndərildiyində o, polisə bununla bağlı məlumat verib.

Araşdırmadan sonra aşkar olub ki, 8 ay ərzində 29,600 nəfərə zəng vurulub və 2 milyon 700 min lira əldə ediblər. Polis əməliyyat zamanı 26 şübhəlini nəzarət altına alıb.

İddiaya görə, şəbəkə başçısının bahalı yaxtada doğum gününü qeyd etməsinin görüntüləri də ələ keçib. Ad günü məclisində iştirak edənlərin çoxunun çağrı mərkəzində çalışdığı bildirilir. Daha bir məlumata görə, şəbəkə üzvləri kitab satışından qazandığı pulları gecə klublarına xərcləyiblər./minval.info
“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – Fotolar

“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – Fotolar

“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – Fotolar

“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – Fotolar

“Yardım” adı ilə Quran satıb lüks yaxtalarda parti keçirdilər – Fotolar




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar