Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Daxili İşlər Nazirliyinin 900-dən çox əməkdaşı işdən azad edilib- Gürcüstanda

Tarix: 27-11-2018 07:41     Baxış: 3199 A- / A+
Daxili İşlər Nazirliyinin 900-dən çox əməkdaşı işdən azad edilib- Gürcüstanda

Cari ilin birinci yarısında Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) 919 əməkdaşı işdən azad edilib.


Manevr.az
Azərtac-a istinadən xəbər verir ki, bu barədə DİN-in saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, 2018-ci ilin birinci rübündə 577, ikinci rübündə isə 342 əməkdaş tutduğu vəzifədən azad olunub.

Bununla yanaşı, 2018-ci ilin birinci yarısında 363 nəfər daxili işlər orqanlarında işə qəbul olunub. Onların 113-ü birinci rübdə, 250-si isə ikinci rübdə işə qəbul edilib.

Nazirliyin məlumatına görə, 2017-ci ildə 1200 əməkdaş işdən azad edilib, 473 nəfər isə yeni işə qəbul olunub.

Bildirilir ki, Qeorqi Qaxariya 2017-ci ildə ölkənin daxili işlər naziri təyin olunandan sonra bu qurumda bir sıra struktur islahatları həyata keçirilib.

İl ərzində DİN-də insan hüquqları departamenti yaradılıb, sahə müvəkkili statuslu zabitlərin hazırlanmasına başlanılıb, işə qəbulun yeni qaydaları hazırlanıb, mərkəzi kriminal polis departamentinin əməkdaşlarının ixtisaslarının artırılması kimi islahatlar həyata keçirilib.

Cari ilin iyunundan patrul–polis əməkdaşlarının əmək haqları 250 lari (təqribən 94 dollar) artırılıb. 2019-cu ildən DİN-in digər əməkdaşlarının da əmək haqlarının artırılması nəzərdə tutulub.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar