Sizin Reklam Burada
Xəbər lenti
19-05-2024
18-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kiyev qərar verdi: Müharibə vəziyyəti elan edilir

Tarix: 26-11-2018 07:08     Baxış: 2247 A- / A+
Kiyev qərar verdi: Müharibə vəziyyəti elan edilir

Ukrayna Prezidenti Poroşenko Ukraynaya məxsus 3 gəminin Rusiya tərəfindən ələ keçirilməsi ilə bağlı Hərbi Komitənin təcili toplanmasına qərar verib.


Manevr.az
xəbər verir ki, bu barədə məlumatı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov bildirib.

“Saat 22:00-da (Bakı vaxtı ilə gecə yarısı) Poroşenko olayla bağlı Hərbi Komitəni toplayıb”, - məlumatda bildirilib.

Ukrayna Prezident Administrasiyasından isə bildirilib ki, Poroşenko Rusiyanın bu aqressiyası ilə bağlı Böyük Yeddilik və BMT TŞ-nin üzv ölkələrini məlumatlandırıb.

***

Turçinov Hərbi Komitənin iclasından sonra Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili toplantısının keçirilməsinin qərara alındığını bildirib.

O qeyd edib ki, Rusiya aqressiyası ilə bağlı Ukraynada müharibə rejimi elan edilib-edilməyəcəyi məsələsi müzakirə ediləcək:

"Rusiyanın bu hücumu hərbi aqressiya sayılır. Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası hərbi vəziyyətin elan edilib-edilməməsini müzakirə etməlidir".

Turçinov bildirib ki, Şuranın toplantısı gecə yarısı (Bakı vaxtilə 02:00-da) başlayır.

***

Poroşenko UTMŞ-nın toplantısında Hərbi Komitənin müharibə vəziyyəti elan edilməsi ilə bağlı qərarını dəstəkləyib.

Bu barədə Poroşenko uranın toplantısında çıxış edib. Poroşenko Ali Radaya müraciət edilməsini istəyib.

***

Şura Ukraynada 60 gün müddətində hərbi vəziyyət elan edilməsi barədə təklifi dəstəkləyib.

Təklifin qüvvəyə minməsi üçün Ali Rada təsdiqləməlidir.

Qeyd edək ki, bu gün Rusiya donanmasının Ukrayna gəmilərinə hücumu baş verib. Hücum nəticəsində 6 Ukrayna hərbçisi yaralanıb (Rusiya 3 dənizçinin yaralandığını açıqlayıb), 3 Ukrayna gəmisi ələ keçirilib və Rusiya ərazisinə aparılmaqdadır./axar.az



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar