Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Apofis asteroidi Yerə yaxınlaşır — NASA hansı təhlükəni məxfi saxlayır?

Tarix: 24-11-2018 19:53     Baxış: 3322 A- / A+
Apofis asteroidi Yerə yaxınlaşır — NASA hansı təhlükəni məxfi saxlayır?

Apofis Qədim Misir əfsanəsində dəhşət iblisidir.


Manevr.az
xəbər verir ki, kosmosda bir asteroidə məhz bu ad verilib. Elmi hesablamalara görə, bu asteroid planetimizi məhv edə biləcək gücdədir. Artıq Apofis Yerə yaxınlaşır. Amma NASA bu məlumatları məxfi saxlayır. Niyə görə dünya əhalisi təhlükə barədə məlumatlandırılmır? Toqquşmaya qədər nəsə etmək mümkündürmü?

Sonuncu dəfə Apofis 2012-ci ilin yanvarında planetimizin orbitinin yanından keçib. Nəhəng kosmik daşın milyonlarla ton çəkisi var. 320 metr diametri olan səma cismində 65 min nüvə bombasının enerjisi var. Apofis 2012-ci ildə Ay və Yerin ortasından keçdi. Amma növbəti dəfə 2029-cu ildə planetimizin yanından keçəcək. 2036-cı ildə isə Yerə maksimum, yəni 38 min km yaxınlıqdan keçəcək.
Apofis asteroidi Yerə yaxınlaşır — NASA hansı təhlükəni məxfi saxlayır?


Nəhəng asteroid planetimizlə toqquşmasa da, atmosferə güclü təsir edəcək, Yerdə anomal təbiət hadisələrinə səbəb olacaq. Yer qravitasiyasının təsiri ilə kosmik cism o qədər yaxınlaşacaq ki, Yeri asanlıqla orbitindən çıxara bilər. Günəşdən minimal aralanma isə planetimizdə tempratur rejiminin aşağı düşməsinə səbəb olacaq. Bu isə bütün flora və faunanı məhv edə bilər

Anomal vulkanik püskürmələri güclü zəlzələ və sunamilər əvəz edəcək. İqlim apokalipsisləri ilə müşayət olunan təbii fəlakətlər planetin landşaftını dəyişəcək. Amma artıq anomal təbiət hadisələri üzə çıxır. Avropada buzlaşma və daşqınlar, Yaponiyada zəlzələ, 2003 və 2013-cü illərdə Altaydakı zəlzələ, Taylandda sunami, Afrikada istilər, Rusiya və ABŞ-da meşə yanğınları, vulkanların aktivləşməsi, tufanlar buna misaldır.
Apofis asteroidi Yerə yaxınlaşır — NASA hansı təhlükəni məxfi saxlayır?


2012-ci ilin sentyabr ayının əvvəlində Yava və Sumatra adaları arasındakı Zond boğazında Anak-Krakatu vulkanı aktivləşdi. Böyük partlayış bütün planeti silkələdi. Vulkan püskürəndə meydana çıxan partlayış Xirosimoya atılan atom bombasının gücündən 10 min dəfə çox idi. Partlayışın səsi 4 min km radiusda eşidildi. Sunami 300 yaşayış məntəqəsini xəritədən sildi.

Mütəxəssislər isə növbəti vulkan püskürməsi barədə xəbərdarlıq edirlər./ölkə.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar