Sizin Reklam Burada
Xəbər lenti
09-05-2024
08-05-2024
BÜTÜN XƏBƏRLƏR

Yazdığı məqalə ilə ABŞ-da birincilik qazanan 13 yaşlı qız evində ölü tapılıb – İlginc faktlar

Tarix: 24-11-2018 17:23     Baxış: 2269 A- / A+
Yazdığı məqalə ilə ABŞ-da birincilik qazanan 13 yaşlı qız evində ölü tapılıb – İlginc faktlar

Silah əlehinə yazılmış məqaləsi ilə ABŞ-da medal alan 13 yaşlı qız evində ölü tapılıb.

ABŞ-ın Milvaki əyalətində yaşayan 13 yaşlı Sandra Parks küçədən açılan atəş nəticəsində evində həyatını itirib.
Sandra Parks hələ 11 yaşında olarkən, silah əlehinə bir məqalə yazaraq qalib gəlib. Sandra məqaləsində: “xaos içərisində yaşayırıq. Yaşadığım yerdə hər gün xaosun nümünəsini görürəm. Azyaşlı uşaqlar insanların anlamsız “silah şiddəti”nin qurbanı olurlar”- deyə qeyd edib.
Yazdığı məqalə ilə ABŞ-da birincilik qazanan 13 yaşlı qız evində ölü tapılıb – İlginc faktlar


Ancaq azyaşlı dünən gecə küçədən evin içərisini açılan naməlum atəş nəticəsində öldürülüb.

Milvaki əyalətinin Bələdiyyə sədri: “Bu dəlilikdir”.

Parksın anası Bernis Parks polisə uşaqları televizor izləyərkən, gedib yatdığını, lakin silah səsi eşidərək, yenidən geri qayıtdığını söyləyib. Qayıtdıqda qızı Sandranı yerdə qanlar içərisində gördüyünü açıqlayıb.

Yerli mediaya danışan Bernis Parks “mənə “ana məni vurdular, polisə zəng et”- dedi. Ona diqqətlə baxdım, ağlamırdı, qışqırmırdı. Dünyanı bu şəkildə tərk etməyə layiq deyildi”- dedi.

Milvaki Bələdiyyə sədri Tom Barret isə yaşanan acı hadisəni dəlilik olaraq adlandırıb. Barret öz sosial media hesabında bunları qeyd edib:

“Parksın ölümü evlərinə atəş açmağa qərar verən bir cani tərəfindən gerçəkləşib. Sandra Parks hələ 13 yaşındaykən “təşəkkür günü” həftəsi dünyaya gözlərini yumdu”.

Tom Barret cinayətkarın bir hesablaşma, qəzəb və ya qorxutma məqsədiylə bu cinayti törətmiş ola biləcəyini qeyd edib.

Yerli media yaşanan hadisədə iki şübhəlinin adının keçdiyini bildirir.

FTB isə Milvakinin ABŞda ən çox cinayət törədilən ölümcül bir əyalət olduğunu qeyd edib.

Sandra Parks məktəblər arası Martin Lüter King məqalə yarışmasında “Bizim gerçəyimiz” adlı silah və insanlar arasındakı müharibələr əlehinə yazılmış məqaləsi ilə birincilik qazanmışdı./müsavat.com



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar