Xəbər lenti
Ərdoğanın 44 il öncə müəlliminə göndərdiyi məktub üzə çıxdı -FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 44 il öncə şəhid olan çox sevdiyi müəllimi Fevzi Bektaşa göndərdiyi məktub üzə çıxıb.
Manevr.az qaynarinfo-ya istinadən xəbər verir ki, Ərdoğan müəlliminin Qurban Bayramını təbrik etmək üçün göndərdiyi məktuba 1971-72-ci illərdə məktəbin futbol komandası ilə çəkdirdikləri fotonu qoyub.
Fevzi Bektaşın tələbələrindən olan Abdurrahman Şen Ərdoğanla bağlı xatirələrini bölüşərkən bunları deyib:
"Karagümrük stadionunda müəllimimiz Fevzi Bektaşla Ərdoğanın matçını izləyirdik. Ərdoğan çox yaxşı oynayırdı. Çıxışda Fevzi müəllim dedi ki, Ərdoğan dərslərini zəif oxuduğu halda, komandanın ən yaxşı oyunçularındandır. Bu gün Qurani-Kərimdən, ərəb dili dərslərindən 9-10 alanlar sabah bir hacı qızı ilə evlənib kənara çəkiləcəklər. Bu ölkəyə bu gün stadionda top arxasında qaçanlar xidmət edəcəklər".
Sözügedən məktub zərfini və fotonu sizlərə təqdim edirik:

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar