Xəbər lenti
50 nəfərə təcavüz edən “Allah” həbs edildi – 15 il
Özünü Allah kimi təqdim edən Cənubi Koreya kilsəsinin lideri cinsi zorakılıq və təcavüz ittihamı ilə 15 il müddətinə həbs olunub.
Manevr.az teleqraf.com-a istinadən xəbər verir ki, Manmin Mərkəzi Kilsəsinin lideri Lee Jae-rock 42 şəxsə cinsi təcavüz və 8 nəfərə cinsi zorakılıq etdiyi üçün məhkəmə qarşısına çıxarılıb.
Seul məhkəməsi 75 yaşlı Lee Jae-rockun dini nüfuzundan istifadə edərək inanclı və sadə insanların sadəlöhvlüyündən istifadə edərək pis niyyətini həyata keçirib.
Məhkəmənin hökmündə özünü Allah kimi təqdim edən kilsə liderinin 20 yaşlarında qurbanlarını uzunmüddətli cinsi zorakılığa və təcavüzə məruz qoyduğu vurğulanıb.
O da bəlli olub ki, Leenin “əməl”lərindən əziyyət çəkənlər uşaqlıq dövründən kilsə üzvü olub.
Keşişin əxlaqsızlığı kilsədən qaçmağı bacaran 5 nəfərdən birinin polisə şikayətindən sonra ortaya çıxıb.
O isə bu ittihamları rədd edib və qurbanların pul qarşılığında yalan ifadə verdiklərini bildirib.
Qeyd edilir ki, 15 il cəzanın qarşılığı olaraq, kilsə nümayəndəsi 80 saatlıq cinsi zorakılıq terapiya proqramına cəlb ediləcək və 10 il müddətinə uşaqlarla işləməsi qadağan ediləcək.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar