Xəbər lenti
“İnterpol”un yeni rəhbəri rus general ola bilər: Ukrayna buna kəskin etiraz edir
Beynəlxalq Polis Təşkilatı, qısa adı ilə “İnterpol”un Baş Assambleyasının noyabrın 21-də Dubayda keçiriləcək 87-ci sessiyasında yeni prezident seçilməlidir. Məlum olduğu kimi, sentyabrın sonunda təşkilatın əvvəlki çinli rəhbəri Men Hunvey ölkəsinin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
Lakin onun yerinə keçməsi gözlənilən namizədin adı indidən qalmaqal yaradıb. Belə ki, “İnterpol” prezidentliyinə əsas namizəd Rusiya nümayəndəsi, təşkilatın vitse-prezidenti Aleksandr Prokopçuk sayılır.
Avropa Parlamentinin deputatı Rebekka Harms “tvitter” hesabında Prokopçukun seçilməsi halında Avropa Birliyi ölkələrini “İntepol”dan çıxmağa çağırıb.
Bu məsələdə Ukrayna tərəfi xüsusilə fəallıq göstərir. Ukrayna nümayəndə heyətinə şəxsən daxili işlər naziri Arsen Avakov rəhbərlik edir.
Rəsmi Kiyev Rusiyanın “İnterpol”un imkanlarından öz siyasi opponentlərini təqib məqsədilə istifadə etdiyini bildirib. Ukrayna rəsmiləri həmçinin Aleksandr Prokopçukun vaxtilə Xarici Kəşfiyyat Xidmətində çalışdığını vurğulayırlar.
Avakov sosial şəbəkədəki hesabında daha da irəli gedərək, A.Prokopçuku Hitler Almaniyasının Gestapo zabitləri ilə müqayisə edib. O, təşkilata vaxtilə, 1938-1945-ci illərdə faşist Almaniyasından Reynhard Heydrix və Ernest Kaltenbrunner kimi cəlladların rəhbərlik etdiyini xatırladıb.
Ukraynanın etiraz etdiyi Aleksandr Prokopçuk Rusiya polisinin general-mayorudur. O, 2006-2011-ci illərdə Rusiya Daxili İşlər nazirliyində “İnterpol”un Milli Bürosuna rəhbərlik edib. 2016-cı ildə isə general Aleksandr Prokopçuk təşkilatın vitse-prezidenti vəzifəsinə seçilib./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar