Xəbər lenti
ABŞ baş qərargah rəisindən məğlubiyyət etirafı: “Talibana gücümüz çatmır”
ABŞ Silahlı qüvvələri Birləşmiş Qərargahlar Komitəsinin sədri (baş qərargah rəisi) general Cozef Danford Əfqanıstandakı “Taliban” hərəkatına güclərinin çatmadığını söyləyib.
Manevr.az-ın verdiyi xəbərə görə, Danford Kanadada təşkil olunan Halifax Təhlükəsizlik forumundakı çıxışında "Taliban"ın müharibədə uduzmadığını və Əfqanıstanda müharibənin hərbi yolla başa çatdırılmasının mümkün olmadığını söyləməyə məcbur qalıb.
“Hazırda Taliban döyüşlərdə qalib gəlir. Məncə, bunu etiraf etmək daha ədalətli olar,”-deyə amerikalı general bildirib.
General Danford ABŞ və NATO müttəfiqlərinin “Taliban”ı sülhə sövq emtək üçün hərbi, siyasi və iqtisadi təzyiqlərə baş vurduğunu təsdiqləyib. “Taliban”ın da müəyyən bir nöqtədə uzlaşmaq məcburiyyətində qalmalı olduğunu bilirik.
Uğurumuzun açarı terror təşkilatını müzakirələrə təşviq etməkdən ötrü bütün təzyiqləri bir araya gətirilməsindədir”,-ABŞ ordusunu komandanı söyləyib.
Cozef Danford bu mənada Əfqanıstanda gələn il təşkil olunacaq seçkilərin önəmli olduğunu vurğulayaraq, sülh posesi üçün hələ uzun yol qət ediləcyini qeyd edib.
Əfqanıstanın Ali Sülh Şurası dünən açıqlama yayaraq ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümqyəndəsi Zalmay Halilzaidin "Taliban" rəsmiləri ilə ikinci dəfə görüşərək, ölkədəki xarici qüvvələrin çəkilməsi məsələsində uzlaşma əldə etdiyini bildirmişdi./musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar