Xəbər lenti
Britaniyalı "su pərisi" 20 ildir saçlarını yumur - FOTO
Britaniyalı rəssam Frenki Kluni öz arzusunu reallaşdıraraq "su pərisi" olmaq qərarına gəlib. O, bu işə saçlarını uzatmaqla başlayıb.
Manevr.az sputnik-ə istinadla xəbər verir ki, qız 6 yaşından etibarən saçlarını uzadıb. Zaman keçdikcə, uzun saçları yuyub qurutmaq qıza əziyyət verməyə başlayıb. Odur ki, o, 13 yaşında saçlarını yumamaq qərarına gəlib. 18 yaşa çatanda isə qız hətta saçlarının uclarını kəsməyi də dayandırıb.
Kluni uşaqlıqda nağılları oxumağı xoşlayıb. Onun ən sevimli qəhrəmanı isə su pərisi olub. Məhz bu səbəbdən qız saçını uzadaraq ona oxşamağa çalışıb.
Kluni etiraf edib ki, uzun saçlarla qulluq etmək çətin deyil. O, sadəcə saçları vaxtı-vaxtında daramağı məsləhət görür. Qız saçlarını yumağı bir yaxınının məsləhəti əsasında dayandırıb. Əvvəl-əvvəl başı çox qaşınırmış. Lakin tədricən bu hal aradan qalxıb. Hazırda Kluninin 33 yaşı var. O, 20 ildir ki, saçlarını yumur.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar