Xəbər lenti
Belarusdan Paşinyana sərt cavab: “Deyəsən, bu adam…”
Ermənistan baş naziri Nikol Paşinyanın Qazaxıstan və Belarus rəhbərlərindən izahat tələb edəcəyi ilə bağlı sözlərinə rəsmi Minskdən artıq cavab gəlib.
Musavat.com Ermənistan mətbuatına istinadən bildirir ki, Belarus Xarici İşlər Nazirliyinin İnformasiya və şifrəli diplomatiya idarəsinin rəisi A.Qlaz baş nazirə sərt reaksiya verib.
Belarus tərəfinin mövqeyi nazirliyin rəsmi saytında da yerləşdirilib.
“Deyəsən, Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxs özünü cəzalandırmaq və ya rəhm etmək kimi səlahiyyətlərə malik beynəlxalq prokuror zənn edir.
Bu dil KTMT-nin keçmiş baş katibi, Ermənistan vətəndaşı Yuri Xaçaturovla bağlı keçər. Lakin beynəlxalq münasibətlərdə protokol və ədəbin dəqiq normaları mövcuddur.
Paşinyan yəqin ki, küçə demokratiyasının qaydalarının böyük siyasətdə qəbul olunmadığını hələ başa düşməyib. Ümid edirik ki, zamanla bu da həll olunacaq”, – deyə A.Qlaz bəyan edib.
Xatırladaq ki, Nikol Paşinyan bu günlərdə Azərbaycan səfiri ilə KTMT ətrafında yaranan situasiyanı müzakirə edən Aleksandr Lukaşenkodan və növbəti baş katibin Belarus nümayəndəsinin olacağını söyləyən Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcəyini bildrimşdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar