Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Separatçılar Sərsəng anbarından yeni kanal çəkəcəklər... –İşin içində Avropa ölkələri də var

Tarix: 15-11-2018 06:36     Baxış: 3222 A- / A+
Separatçılar Sərsəng anbarından yeni kanal çəkəcəklər... –İşin içində Avropa ölkələri də var

Dağlıq Qarabağı və ətraf əraziləri işğal etmiş erməni terrorçu-separatçıları torpaqlarımızda qnunsuz məskunlaşma və tikinti-quruculuq işləri aparma siyasətini israrla davam etdirirlər.

İşğalçılar bu dəfə Avropadan investisiyanın cəlb edilməsi yoluyla, Sərsəngin yeni sağ sahil kanalını tikməyə hazırlaşırlar.

Bir neçə il ərzində tikilib təhvil verilməsi planlaşdırılan bu kanal vasitəsi ilə su anbarından suyu öz axını ilə axıtmaq və işğal altındakı Ağdərə rayonunun tarlalarını suvarmaq məqsədi güdülür. Layihədə rayon ərazisində 3 yeni su anbarının tikilməsi də planlaşdırılır.

Onu da qeyd edək ki, erməni mediası bu məlumatı separatçı rejimin “prezidentinin müşaviri”, “xüsusi işlər üzrə nümayəndəsi” kimi təqdim etdikləri Araik Arutyunyana istinadla yayıblar.

Arutyunyan özünün “facebook” səhifəsində vurğulayıb ki, bu investisiya layihəsi onun Avropa ölkələrinə olan səfərinin məhsuludur və bu layihə Qarabağda suvarılan torpaqların sahəsini ikiqat artırmağa imkan verəcək.

Araik Arutyunyan onu da yazıb ki, layihə çərçivəsində tikiləcək yeni SES-lər gələcəkdə elektrik enerjisini ixrac etməyə də imkan verəcək: “İnvestorlar göstərilən yerlərdə bağçılığın inkişafında da iştirak edəcəklər. Onların nümayəndələri Arsaxdadırlar (Dağlıq Qarabağda-red.) və bu böyük layihənin həyata keçirilməsi müddətlərini və texniki məsələlərini müzakirə edirlər”.

Qeyd edək ki, Arutyunyan separatçı rejimlə anlaşan Avropa ölkəsinin və şirkətinin adını hələ açıqlamayıb. Sadəcə, bildirib ki, “digər xoş yeniliklər haqqında” sonra məlumat verəcək.

Azərbaycan Xarici İşlər Nazirliyi isə hələ məsələyə mövqeyini açıqlamayıb./strateq.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar