Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

"Lukaşenko Azərbaycan səfirinə hesabat verir?" – Belarus başçısı İrəvanı qəzəbləndirdi

Tarix: 14-11-2018 23:25     Baxış: 2245 A- / A+
 "Lukaşenko Azərbaycan səfirinə hesabat verir?"

Ermənistanın keçmiş baş naziri Armen Darbinyan (1998-1999) Belarus Prezidenti Aleksandr Lukaşenko ilə çəkdirdiyi foto-şəkili yayımlayıb.

Manevr.az teleqraf.com-a istinadla xəbər verir ki, şəkili sosial şəbəkədə paylaşan Darbinyan Belarus başçısına bir sıra suallar ünvanlayıb.

Keçmiş baş nazir yayımladığı foto-şəklin üzərində qeyd edib:

"Bu şəkil (sağda Vaxa Lordkipanidze, solda Sergey Stepaşin) 1999-cu ildə çəkilib. Prezident Lukaşenko 6 həftə ərzində istefa verəcəyimi bilirdi. Birlikdə işlədiyimiz üçün mənə təşəkkür etdi. Bundan sonra onunla görüşmədim, ancaq bu gün ondan soruşmaq istəyirəm:

Prezident Lukaşenko KTMT-nin hər iclasından sonra Azərbaycan səfirinə hesabat verir? Hər iclasdan əvvəl Azərbaycan səfiri ilə razılaşa bilirmi? Azərbaycanda əlaqə saxladığı başqa insanlar da var? Hörmətli prezident Ermənistanın KTMT və Avrasiya İttifaqında üzərinə götürdüyü yükü daşıya bilməyəcəyini düşünür?"

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın bu ölkədəki səfiri Lətif Qəndilovla görüşündə Ermənistanın KTMT-dəki fəaliyyətini müzakirə etmişdi.

Lukeşenko eyni zamanda, Baş nazir Nikol Paşinyanın Ermənistanın problemlərini həll etməli olduğunu demişdi: "Ermənistan KTMT və Avrasiya İttifaqına liderlik etmək istəyir. Ermənistan bunu bacara bilərmi?"

Ermənistan Xarici İşlər Nazirliyi Minskdə baş tutmuş görüşdən sonra bəyanat yayaraq, Belarus prezidentinə etiraz eləmişdi.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar