Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Ombudsman ölümlə təhdid edildi

Tarix: 13-11-2018 22:37     Baxış: 3346 A- / A+
Ombudsman ölümlə təhdid edildi

Gürcüstanın İnsan Hüquqları üzrə Müvəkkilini (ombudsman) ölümlə təhdid edirlər.

Manevr.azUnikal.org xəbər verir ki, bu barədə mətbuata ombudsman Nino Lomdjariya özü məlumat verib. Ombudsman deyib ki, onun ünvanına anonim məktub gəlib. Məktubda "sənin üçün bir snayper bəs edər” mesajı yazılıb.

Müvəkkil dərhal Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Gürcüstan DİN artıq araşdırmaya başlayıb.

Məlumat üçün qeyd edək ki, iki gün əvvəl Gürcüstanda prezidentliyə müstəqil namizəd Salome Zurabişvili də DİN-ə müraciət edib. O da özünün və övladlarının ölümlə təhdid edildiyini bildirib.

Siyasi analitiklərin fikrincə, Gürcüstanda yüksək vəzifəli şəxsin və prezidentliyə namizədin ölümlə təhdid olunması bəzi qüvvələrin ölkədə prezident seçkilərinin ikinci turu öncəsi daxili sabitliyi pozmağa yönəlmiş cəhddir. Həmin qüvvələr Gürcüstanda sabitliyi pozmaqla regionda vəziyyəti gərginləşdirmək istəyirlər./unikal.org


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar