Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - FOTO

Tarix: 12-11-2018 21:55     Baxış: 3316 A- / A+
Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - FOTO

Ukraynanın Dnepropetrovsk vilayətində azərbaycanlı polis qadının peşəkarlığı dillər əzbəridir.

Manevr.az azərtac-a istinadən xəbər verir ki, Krivoy Roq şəhərində doğulub boya-başa çatan polis kapitanı Karina Məmməd qızı Əliyevanın Azərbaycan sevgisi, vətənpərvərliyi soydaşlarımızın dilindən düşmür. Elə onunla ilk görüşümüzdə bu amili tam mənada müşahidə edə bildim.

Qırmızı diplom və zəngin iş fəaliyyəti

O, 1985-ci ildə Krivoy Roq şəhərində anadan olub. Atası azərbaycanlı, anası ukraynalıdır. 2003-cü ildə bu şəhərdə liseyi bitirib, 2008-ci ildə isə Odessa Milli Hüquq Akademiyasında təhsilini qırmızı diplomla başa vurub. Elə həmin ildən Ukraynanın daxili işlər orqanlarında çalışır. İlk iş yeri Krivoy Roq şəhərinin rayon polis bölməsi olub, orada müstəntiq işləyib. 2012-2014-cü illərdə Dnepropetrovsk vilayəti Milli Polis Baş İdarəsində xüsusi işlər üzrə müstəntiq kimi çalışıb. 2014-2017-ci illərdə Dnepr şəhər aeroportunun istintaq şöbəsinin rəisi olub. Hazırda Dnepropetrovsk vilayəti Milli Baş Polis İdarəsinin metropolitendə polis bölməsinin rəisidir.

Uşaqlıq arzusunu gerçəkləşdirən polis soydaşımız

Karina Əliyeva deyir ki, daxili işlər orqanlarında çalışmaq onun uşaqlıq arzusu olub: "Ona görə də polis orqanlarında istədiyim hədəfə çatmaq üçün həvəslə işləyirəm. Öz peşəmi çox sevirəm. Mülki əhali arasında polisə inam və etimadı artırmaq üçün bütün bacarığımdan istifadə edirəm”.

O bildirir ki, polis geyimində, çiynində poqon gəzdirən qadın olmaq gözəl bir duyğudur. Bu, ətrafdakı insanlara da xoş təsir bağışlayır. Polis qadın soydaşımız vətəndaşlarla ünsiyyətdə səmimi, nəzakətli davranışımla seçilməyə çalışır.

O, ürəyində Azərbaycan sevgisi gəzdirir

Ukraynada yaşayan soydaşlarımız Karina Əliyevanın onlara həssas münasibətindən, vətənpərvərliyindən ağızdolusu danışırlar. Bu barədə söz düşəndə deyir: "Bu yerlərdə böyüyüb boya-başa çatmasam da, Azərbaycanın hər bir guşəsi mənim üçün doğma və əzizdir”. Bizimlə söhbət zamanı da qeyd etdi ki, ürəyində hər zaman Azərbaycan sevgisi gəzdirir. Təkcə bacarıqlı polis işçisi kimi yox, həm də vətənpərvər bir şəxs kimi tanınmaq vacibdir.
Ukraynada polis rəisi olan azərbaycanlı xanım... - FOTO


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar