Sizin Reklam Burada
Xəbər lenti
03-03-2025
BÜTÜN XƏBƏRLƏR

Susuz işləyən unitaz təqdim edilib

Tarix: 08-11-2018 10:31     Baxış: 3237 A- / A+
Susuz işləyən unitaz təqdim edilib


Dünyanın ən varlı insanlarından biri olan Bill Qeytsin komandası tərəfindən təqdim edilmiş layihə üçüncü dünya ölkələri üçün xüsusi əhəmiyyət kəsb edir.

"ICTnews" Elektron Xəbər Xidməti "life.ru" saytına istinadən yazır ki, milyarder və filantrop Bill Qeyts susuz və kanalizasiyaya qoşulmadan işləyən unitaz nümayiş etdirib. Hazırlamanın dəyəri təxminən 200 milyon dollar təşkil edir.

İnnovativ qurğu Pekində keçirilmiş sərgidə nümayiş etdirilib. Qeytsin sözlərinə görə, bu unitaz susuz işləyir və kanalizasiyaya qoşulmasına ehtiyac yoxdur. Unitaz kimyəvi reaktivlərin köməyi ilə insan orqanizminin tullantılarını gübrə və təmiz suya çevirir. Sanitar qurğunun hazırlanmasına təxminən 7 il vaxt sərf edilib və 200 milyon dollar xərclənib.

Milyarderin sözlərinə görə, insan orqanizminin tullantılarının yenidən emal edilməsinə yeni yanaşma körpə ölümü ilə bağlı vəziyyəti yaxşılaşdırmağa kömək edəcək, həmçinin suyun keyfiyyətinin aşağı olması və sanitar şəraitin pis olması ilə əlaqədar vəba, diareya və başqa təhlükəli xəstəliklərlə mübarizə xərclərini illik 233 milyard dollar azaldacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar