Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Aralıq dənizindən tapılan sirli tabut - İkinci dünya müharibəsinin sirləri - FOTO

Tarix: 07-11-2018 23:29     Baxış: 3318 A- / A+
Aralıq dənizindən tapılan sirli tabut - İkinci dünya müharibəsinin sirləri - FOTO

Hər il dünyada tədqiqatçılar klassik tarixə yazılan artefaktlar tapırlar.

Manevr.az "ölkə.az"-a istinadən bildirir ki, belə tapıntılar bütün bəşəriyyətin rəsmi tarixini şübhə altına salır. Belə kəşflər rəsmi tarix elminin nümayəndələrini ciddi şəkildə utandırır. Bununla yanaşı elə artefaktlar var ki, onların mövcudluğu reallıqdan çox nağıla bənzəyir. Belə əşyalar gizli tədqiqatların mövzusuna çevrilir və onların mövcudluğu barədə çox nadir hallarda məlumat verilir.

Minilliyin tapıntısı

1914-cü ilin 1 sentyabr tarixi dünya tarixinə bəşəriyyətin ən qanlı müharibələrindən biri, Birinci Dünya Müharibəsinin başlanğıcı kimi düşüb. Planetin əksər sakini bu müharibə haqqında məlumatlıdır. Amma çox az adam bilir ki, eyni tarixdə baş verən kəşf bəşəriyyətin tarixi ilə bağlı bildiklərimizi tərsinə çevirə bilər.

1914-cü ilin yanvar ayında "Yeni zaman" qəzetində Aralıq dənizi yaxınlığındakı Lesbos, Rodos və Krit adalarında tədqiqat aparan rus alimlərindən ibarət ekspedisiyanın məlumatı dərc edilib. Məqaləyə əsasən, tədqiqat zamanı naməlum materialdan hazırlanmış sirli lövhələr, üzərində yazı olmayan sarkofaq tapılıb. Amma müharibə və sonra baş verən inqilab bu tapıntıların on illərlə üzərindən sükutla keçilməsinə səbəb olub.

Sirli artefaktların yeni izi

1930-cu ildə Aralıq dənizinin dibindən sirli lövhə çıxarıldı. Sovet alimləri artefaktın hazırlandığı metalı nəhayət ki, müəyyən edə bildilər. Uzun analizlərdən sonra lövhənin titandan hazırlandığı məlum oldu. Bu, bir sıra sualların yaranması ilə nəticələndi. Çünki titan metalı 1825-ci ildə kəşf edilib və 1920-ci ildə holland alimləri yaxşı nəticə əldə edə biliblər.

Artefaktın hansı dövrə aid olması da elmi dairədə müəyyən mübahisələrə səbəb oldu. Çünki metal duzlu suda xüsusiyyətlərini tez itirir. Amma bu lövhələr olduğu kimi qalmışdı. Bundan başqa artefaktın üzərinə çəkilmiş simvollar da başqa bir sirr idi. Dünyanın ən yaxşı kriptoloq və linqvistləri bildirdilər ki, belə linqvistik sistem yoxdur.

Lemuriya - mif yoxsa reallıq?

1940-cı ildə, yəni 10 il sonra sovet alimləri mətni oxuya bildilər. Bu mətn sirli Lemuriyanın mövcud olduğunu sübut edirdi. Mətndə yazılmışdı ki, sarkofaqda əbədi həyat sirri və ölümsüzlüyü əldə edən böyük kahin yatır. O, zamanı gələndə diriləcək və bu sirri bəşəriyyətə çatdıracaq.

Bu xəbərdən sonra Xalq Daxili İşlər Komissarlığında (NKVD) general Nifyodovun rəhbərliyi altında xüsusi qrup yaradıldı. General qrupu ilə birlikdə ölkə rəhbərliyi üçün ölümsüzlük imkanlarını araşdırmalı idi. Bütün işlər gizli aparılırdı. Təəssüf ki, bu gün də qrupun hansı nəaliyyətlər əldə etdiyi məlum deyil. Sadəcə bilinən odur ki, Nifyodova yeni rütbə verilib.

Lvovda gizli laboratoriya

Müasir Ukrayna ərazisindəki Lvov şəhərinin altında yeraltı bunker inşa edildi. Tikintidə 7 min məhkum işləyib. Məhz bu yeraltı bunker və xüsusi laboratoriyalarda sirli sarkofaq tədqiq edilirdi. 1941-ci ilin fevral ayında general Lvovu tərk edərək Moskvaya uçur və Stalinlə görüşür. Stalin generalla 4 saat təkbətək söhbət edir.

Bir neçə ay sonra isə ikinci dünya müharibəsi başladı və Lvov alman ordusu tərəfindən işğal edildi. Əldə edilən trofey və tarixi eksponatlar arasında sarkofaqın adı çəkilmir. Hərbi əsirlər arasında da Nifyodovun familiyası yoxdur.

Sirli artefakt və onu qoruyan şəxs hara yoxa çıxdı? Təxliyə barədə söhbət belə gedə bilməzdi. Jukov öz xatirələrində yazır ki, 22 iyun 1941-ci ildə Lvova ilk bombalar atılıb və növbəti günlərdə də şəhər bombardmana məruz qalıb. 29 iyun tarixində isə alman ordusu şəhəri tutub. Belə gərgin vəziyyətdə xüsusi əhəmiyyəti olan yükü aradan çıxartmaq mümkün deyildi. Bəlkə də artefakt Lvovda qalmışdı.

Almaniyanın "Cənub" ordusuna daxil olan bir piyada bölüyünün yefreytorunun memuarları bu işə işıq tutur. Karl Şmidt xatırlayır ki, onların bölüyü hücum rotasına daxil idi. Hərbi əməliyyatların qızğın vaxtı onların bölüyü polkovnik Bauns tərəfindən yeni əmr alır. Əmrə əsasən, bölük şəhər ətrafına qayıtmalı və yeni tapşırıqlar gözləməli idi. Yefreytor bildirir ki, şəhərin kənarına çəkildikdən sonra onlara əleyhiqaz paylanır və yeraltı bunkeri təmizləmək əmri verilir. Qızğın döyüşlərdən sonra yeraltı stansiya almanlar tərəfindən tutulur. Alman ordusuna hücumu dayandırmaq və müdafiəyə keçmək əmri verilir.

Vilhelm bildirir ki, bir müddət sonra Reyx dəftərxanasının yüksək rütbəli məmuru peyda oldu və onu SS əskərləri müşayət edirmiş. Onlar vaqonları yoxladılar və bir müddət sonra tabuta oxşar bir əşya ilə ərazini tərk etdilər.

"Anenerbe" tədqiqatçıları bildirirlər ki, artefakt almanların əlinə keçib. Onlar sarkofaqın tədqiqinə davam ediblər. Amma sirli artefaktın sonrakı taleyi barədə məlumat yoxdur...
Aralıq dənizindən tapılan sirli tabut - İkinci dünya müharibəsinin sirləri - FOTO

Aralıq dənizindən tapılan sirli tabut - İkinci dünya müharibəsinin sirləri - FOTO

Aralıq dənizindən tapılan sirli tabut - İkinci dünya müharibəsinin sirləri - FOTO

Aralıq dənizindən tapılan sirli tabut - İkinci dünya müharibəsinin sirləri - FOTO



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar